Myanmada malyariyanın yeni növü qlobal pandemiyaya səbəb ola bilər
Tarix: 20.02.2015 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Myanmada yayılan yeni növ malyariya müasir vasitələrlə müalicə olunmur və gələcəkdə milyonlarla insan tələfatı ilə nəticələnən qlobal pandemiyaya səbəb ola bilər. Bu barədə Banqkok Post qəzeti Oksford universitetinin və şahzadə Maxidol adına Tailand universitetinin apardıqları müştərək tədqiqatların nəticəsinə əsaslanaraq məlumat verib.
Myanmada artimizinə davamlı plazmodiya – ağcaqanadı yoluxduraraq malyariya yaradan parazitin arealı sürətlə genişlənir. Tədqiqatın nəticələrindən bəlli olub ki, plazmodiya paraziti Hindistana doğru yayılmağa başlayıb və hazırda sərhəddə 30 kilometrə qədər yaxınlaşıb. Alimlər parazitin bu məsafəni bir neçə aydan 1,5 ilə qədər bir müddət ərzində qət edəcəyini düşünürlər.
Belə görünür ki, tarix təkrarlanır: 1950-1970-ci illərdə Kambocada başlayan və o zamanlar malyariya ilə mübarizədə əsas vasitə olan xlorxininə davamlı plazmodiya Hindistandan keçərək qlobal pandemiyaya səbəb olmuşdu. Bunun nəticəsində dünyada, əsasən də Afrika ölkələrində malyariya xəstəliyinə yoluxmuş milyonlarla insan həyatını itirmişdi.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Hindistanda tikiş fabrikində partlayış nəticəsində azı 10 nəfər ölüb
23.02.2019
Venesuelada ordu ilə yerli xalq arasında toqquşma
23.02.2019
Çində ağır yol qəzasında 20 nəfər ölüb, 30 nəfər yaralanıb
23.02.2019
Nigeriyada prezident və parlament seçkiləri keçirilir
23.02.2019
Venesuela Kolumbiya ilə sərhədi bağladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info