Həmsədrlərdən tərəflərə növbəti çağırış
Tarix: 20.02.2015 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) Dağlıq Qarabağ münaqişəsinin tərəflərini atəşkəs rejiminə riayət etməyə çağırıblar. Bu barədə ATƏT-in saytına istinadən məlumat verir.
Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik fevralın 16-19-da səfərdə olub.
Məlumatda deyilir: "Həmsədrlərlə görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq olduqlarını təsdiq ediblər. Dövlət başçıları, həmçinin həmsədrlərin atəşkəs rejiminə riayət edilməsi üzrə tədbirləri gücləndirmək təklifi ilə razılaşıblar".
ATƏT saytının məlumatına görə, vasitəçilər prezidentlərin və xarici işlər nazirlərinin gələcək addımlarını, eləcə də bu il Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə hazırlığı müzakirə ediblər: "Həmsədrlər regiona səfər zamanı Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşüblər və münaqişə zamanı itkin düşmüş şəxslərlə bağlı məsələləri müzakirə ediblər. Onlar ötən il Parisdə prezidentlərin görüşündə əldə edilmiş Qırmızı Xaç Komitəsinin nəzarəti altında itkin düşənlərlə bağlı informasiya mübadiləsinə dair sazişin vacibliyini vurğulayıblar".
Məqalə müəllifi ilə əlaqə ünv
Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info