Xarici işlər naziri Marneulidə azərbaycanlılarla görüşüb
Tarix: 20.02.2015 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


Gürcüstanda səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərinə gedib.
E. Məmmədyarov yerli sakinlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirib və onların problemlərini dinləyib.
“Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov çıxışında azərbaycanlıların Gürcüstanda seçkidən-seçkiyə yada düşdüyünü və onların əsas problemlərinin hələ də həll olunmadığını deyib. O, son iki ayda Azərbaycana gediş-gəlişin daha da çətinləşdiyini nazirin diqqətinə çatdırıb: “Azərbaycanlılar şəxsi maşınlarla Azərbaycan Respublikasına keçə bilmirlər. Gürcüstanda yaşayan hər 10 azərbaycanlı ailədən 8-nin Azərbaycanla əlaqəsi var. Lakin onlar öz qohumlarının yanına gedə və kənd təsərrüfatı məhsullarını satmaq üçün Azərbaycana apara bilmirlər”.
Sonra “Qeyrət” Xalq Hərəkatının fəalı Zümrüd Qurbanlı, Qaraçöpdən gələn professor Fərhad Xubanlı, “Borçalı” İctimai Birliyinin Gürcüstan nümayəndəliyinin rəhbəri İsrafil Bayramov, Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrının əməkdaşı Hidayət Hüseynov və başqaları söz alaraq müxtəlif problemlərdən danışıblar və müəyyən təkliflər irəli sürüblər. Nazir Azərbaycandakı “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədlinin və onun müavini Salman Murğuzovun Gürcüstana buraxılmaması barədə məlumatlandırılıb.
E. Məmmədyarov bu və ya digər məsələlər haqqında Gürcüstan rəhbərliyi ilə danışıqlar aparıldığını və deyilən məsələlərin həllinə çalışacağını vurğulayıb.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze, Gürcüstan baş nazirinin köməkçisi Savalan Mirzəyev, Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanişvili, Gürcüstan parlamentinin azərbaycanlı deputatları, Azərbaycan səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, ziyalılar və QHT rəhbərləri, jurnalistlər iştirak edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info