Kiyev Xarici Dillər Universitetində Xocalı şəhidləri anılıb
Tarix: 20.02.2015 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatı və ASGA Ukrayna nümayəndəliyi dünyada Xocalı soyqırımının tanınmasına istiqamətlənmiş, Heydər Əliyev Fondunun vitse - prezidenti Leyla Əliyevanın rəhbəri olduğu “Xocalıya ədalət” kampaniyasına qoşulub. Bununla bağlı gənc həmvətənlərimiz Kiyev Xarici Dillər Universitetində Ukraynada keçirəcəkləri tədbirlərinə start veriblər.
Kiyev Xarici Dillər Universitetində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin təşkilatçılığı ilə açılmış Azərbaycan mədəniyyət mərkəzində Xocalı soyqırımı qurbanları anılıb. Anım tədbiri ÜAGT –ın aktiv üzvləri İpək Hüseynzadə, Nigar Əmirzadə, Cənnət Beybudova və Valeriya Kolobovanın təşkilatçılığı ilə keçirilib. Anım tədbirində Xarici Dillər Universitetinin əsasən ukraynalı müəllim və tələbə heyəti iştirak edib. Tədbirdə ilk olaraq prorektor İnna Yuryevna çıxış edib. O, Azərbaycan və Ukrayna xalqlarının qardaş, dost xalqlar olduğunu bildirib. İ.Yuriyevna qeyd edib ki, Xocalı soyqırımı sadəcə azərbaycanlılara qarşı deyil, ümumi insanlığa qarşı törədilmiş soyqırımıdır. Sonra Xarici Dillər Universitetinin professoru, türk əsilli Nevzat Kayabaş, ÜAGT –ın sədr müavini və Azərbaycanın Ukraynadakı səfirliyinin təmsilçisi İsgəndər Zamanov, ÜAGT icraçı drektoru Elməddin Zərbəlizadə, ASGA Ukrayna nümayəndəliyinin başçısı Xəzri Elxanoğlu və digər ukraynalı və azərbaycanlı gənclər çıxış ediblər. Çıxışlardan sonra tədbir iştirakçıları, Heydər Əliyev Fondu tərəfindən çəkilmiş “Xocalı şəhərinin tarixi” adlı videoçarxa baxıblar. Sonda, tədbir təşkilatçıları soyqırımı qurbanlarının xatirəsinə düzəldilmiş stendin önünə güllər qoyublar.


Fuad




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Baş Prokurorluq işə qəbulla bağlı müsabiqə elan edir
18.02.2019
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı olub
18.02.2019
Əfqanıstan müharibəsinin azərbaycanlı iştirakçısı “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub
18.02.2019
DGKA-nın tələbələri müxtəlif dövlət qurumlarında təcrübə keçəcəklər
18.02.2019
“ABAD“ “Uğur-2018“ Milli mükafatına layiq görülüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10601

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
5 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info