Azərbaycan səfiri Hidayət Nur Vahidlə görüşüb
Tarix: 20.02.2015 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Azərbaycanın İndoneziya, Timur Leste, Filippin və Sinqapurdakı səfiri Tamerlan Qarayev İndoneziyanın Xalq Məşvərət Şurası sədrinin müavini Hidayət Nur Vahidlə görüşüb.
Azərbaycanın İndoneziyadakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələr, İslam tarixində və ədəbiyyatında Azərbaycanın rolu müzakirə olunub, dahi Azərbaycan alim və mütəfəkkirləri haqqında söz açılıb.
Səfir T. Qarayev hazırkı dövrdə islam dünyasının və müsəlmanların üzləşdiyi çətinliklər, müsəlmanlara qarşı törədilən cinayətlər, o cümlədən Ermənistanın Azərbaycana qarşı təcavüzü və ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı və çox saylı terror aktları haqqında məlumat verib. Diplomat həmçinin İslam ölkələri Parlament İttifaqının Xocalı soyqırımının tanınmasına dair 2012-ci ildə İndoneziyanın Palembanq şəhərində qəbul etdiyi qətnamə, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Ermənistana qarşı ciddi sanksiyaların həyata keçirilməsinə dair 2014-cü ildə Ciddədə qəbul etdiyi qətnaməni xatırladıb.
T. Qarayev həmçinin 2013-cü ildə İndoneziya Nümayəndələr Palatasının sabiq sədri Marzuki Əlinin çıxışı zamanı Ermənistan Azərbaycana qarşı təcavüzü davam etdirdiyi müddət ərzində bu ölkədə İndoneziya səfirliyinin, eləcə də İndoneziyada Ermənistan səfirliyinin açılmasına parlament tərəfindən icazə verilməyəcəyini bəyan etməsinə baxmayaraq, ondan sonra Cakartada Ermənistan səfirliyinin açılmasının anlaşılmaz olduğunu qeyd edib.
H. Vahid isə İƏT-in qeyd olunan qətnamələrdən xəbərdar olduğunu, Xocalı soyqırımının parlament tərəfindən tanınmasına və İndoneziya hökuməti tərəfindən Ermənistana qarşı siyasi və iqtisadi sanksiyaların tətbiq olunmasına çalışacağını qeyd edib. H. Vahid həmçinin M. Əlinin bəyanatına baxmayaraq Cakartada Ermənistan səfirliyinin açılması məsələsini yuxarıda qeyd olunan hər iki mövzu ilə birgə Nümayəndələr Palatasının sədri Setyo Novanto, parlamentin xarici əlaqələr üzrə I komissiyanın sədri M. Sıddıq ilə şəxsən müzakirə edəcəyini və həmin görüşlərə Azərbaycan səfirini dəvət edəcəyini bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
15.11.2018
Büdcə müzakirələri başa çatdı: hökumətə noyabrın 23-dək vaxt verildi
15.11.2018
Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
15.11.2018
Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info