Fransız tarixçi: “Ermənilər Qafqazda problemli xalqdır”
Tarix: 20.02.2015 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


Səbinə Əsədova: “Ata-baba torpaqlarımızda yaşamaq hüququmuz əlimizdən alınıb”

Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində Azərbaycanın Fransadakı səfirliyinin və Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə Fransa Senatının binasında “Dağlıq Qarabağ münaqişəsi: Qafqazın təhlükəsizliyi və sabitliyi üçün faciəli nəticələr və mühüm çağırışlar” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) idarə heyətinin üzvü Səbinə Əsədova da iştirak edib. Bu haqda AGAT-dan qəzetimizə məlumat verilib.
Dinləmələrdə senatorlar, Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov, Senatın Qafqaz dostluq qrupunun rəhbəri Andre Rişar, ATƏT-in Minsk qrupunun keçmiş fransalı həmsədri Bernar Fasye, Fransada fəaliyyət göstərən müxtəlif diplomatik nümayəndəliklərin təmsilçiləri, Azərbaycan və Türkiyə diasporunun nümayəndələri və başqa qonaqlar iştirak ediblər.
Laçınlı köçkün və hazırda İtaliyada təhsil alan Səbinə Əsədova erməni hərbi qüvvələrinin silah gücünə zorla el-obalarından çıxarılan azərbaycanlıların öz doğma vətənlərində qaçqın və köçkünə çevrilmələrindən, onların ilk vaxtlar çox ağır vəziyyətdə yaşamalarından danışıb. O, dövlətimizin qayğısı sayəsində hazırda onların yaşayış şəraitinin yaxşılaşdığını vurğulayıb.
Səbinə Əsədova deyib ki, əksər hallarda danışıqlar zamanı yalnız erməni icmasının adı çəkilir: “Nədənsə, Dağlıq Qarabağdan zorla qovulmuş əlli minlik Azərbaycan icmasının adı heç yerdə çəkilmir. Bu, Azərbaycan icmasını məyus edir və Dağlıq Qarabağın Azərbaycan icmasının səsi eşidilməli və onların tapdanılmış hüquqları unudulmamalıdır”.
Səbinə Əsədova bu gün danışıqlar prosesinin heç bir etnik təmizliyə məruz qalmayan əlli minlik erməni icması ətrafında aparıldığını söyləyib. O bildirib ki, Ermənistan tərəfi danışıqlar zamanı Laçın rayonu ərazisinin Ermənistan və Azərbaycanın Dağlıq Qarabağ regionu arasında dəhliz kimi istifadəsini iddia edir.
Səbinə Əsədova bütün var-dövlətlərinin ermənilər tərəfindən qəsb edildiyini dilə gətirib. Ata-baba torpaqlarında yaşamaq hüquqlarının əllərindən alındığını deyən Əsədova, çıxış edərkən bir neçə dəfə kövrəlib.
Türkiyənin “Haberler.com” saytı bu dinləmələr haqda xəbər yerləşdirib. Saytın bildirdiyinə görə, tədbirdə fransız tarixçi Maxime Guain ermənilərin Qafqazda problemli bir xalq olduğunu ifadə edərək, Dağlıq Qarabağın işğalı və erməni quldur dəstələrinin etdiyi qırğınlardan danışıb. Osmanlı dövründə ermənilərin vəziyyətinə də toxunan fransız tarixçi Guain, soyqırımın müzakirə mövzusu olmadığını vurğulayıb. 1942-ci ildə Berlində Tələt Paşanın öldürülməsi ilə başlayan erməni terrorunun, daha sonra türk diplomatlarına qarşı olan sui-qəsdlər ilə Avropada, o cümlədən Orly Hava Limanında ASALA gizli terror təşkilatı tərəfindən reallaşdırıldığını bildirib.
Daha sonra tədbir diskussiya şəklində davam edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23.03.2019
Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak ediblər
22.03.2019
Azərbaycan və Pakistan arasında təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın inkişaf yolları müzakirə olunub
21.03.2019
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21.03.2019
Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info