Türkiyənin üç şəhərində Xocalı ilə bağlı konfrans keçiriləcək
Tarix: 20.02.2015 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar dünyanın müxtəlif ölkələrində tədbirlər həyata keçirilir. Türkiyədə bu soyqırımı ilə bağlı bir neçə tədbirin təşkil olunması nəzərdə tutulur. Belə ki, Zəngin Azərbaycan Uğrunda Mübarizə İctimai Birliyi “Turk dunyası, erməni yalanları və Xocalı soyqırımı” adlı layihəsi çərçivəsində Türkiyənin bir neçə bölgəsində fəaliyyət göstərən ali təhsil ocaqlarında konfranslar təşkil olunacaq.
Tədbirlə bağlı Zəngin Azərbaycan Uğrunda Mübarizə İctimai Birliyinin sədr müavini Samir Orucov bildirdi ki, konfrans 24 fevral tarixdə Malatya İnönü Universiteti, 25 fevralda Kahramanmaraş Sütçü Universiteti, 26 fervralda isə Kayseridə Erciyez Universitetində keçiriləcək: “”Türk dünyası, erməni yalanları və Xocalı Soyqırımı” mövzusunda konfransın keçirilməsi Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, 20 faiz torpaqlarımızın işğal olunması, Dağlıq Qarabağ haqqında həqiqətlərin yayılması, xüsusilə, “Xocalıya Ədalət!” beynəlxalq kompaniyası çərçivəsində Türkiyə ictimaiyyətinin diqqətinin bir daha bu məsələlərə cəlb edilməsi, o cümlədən, son illərdə Azərbaycanın beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlər, Avrasiya məkanında Azərbaycanın idman, mədəniyyət, tolerantlıq və dialoq mərkəzinə çevrilməsi haqqında məlumatların Türk dünyası vasitəsilə dünya ictimaiyyətinə çatdırılması ölkəmiz üçün çox əhəmiyyətlidir. Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımından 23 il ötür. Bu cür tədbirləri təşkil etməklə biz bütün dünyaya çatdırmalıyıq ki, bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Ermənilər dünyanın gözü önündə 26 fevral 1992-ci il tarixində 613 müsəlman soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. Tədbir iştirakçılarına bir daha çatdırmağa çalışacağıq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi qanlı hadisə zamanı qətlə yetirilənlərin 63-ü uşaq, 106-ı qadın, 70-i yaşlılardı, 8 ailə tamamilə məhv edilib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı da məhz uşaq olub. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Ölkə başçısı tərəfindən faciəyə beynəlxalq siyasi-hüquqi qiymət verilməsi üçün güclü siyasət həyata keçirilir. Həmçinin “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində genişmiqyaslı tədbirlər keçirilir və erməni vəhşiliyi faktlarla dünya ictimaiyyətinə çatdırılır. Biz gənclər də bu iqtiqamətdə səylərimizi əsirgəməməliyik. Bundan sonra da öz haqq səsimizi dünyaya çatdırmaq uğrunda mübarizəmizi davam etdirəcəyik”.
S.Orucov bildirdi ki, Türkiyə şəhərlərində təşkil olunacaq bu tədbirlərdə Azərbaycandan bir sıra millət vəkilləri, QHT nümayəndələri də təmsil olunacaq. Belə ki, millət vəkilləri Musa Qasımlı, Jalə Əliyeva, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin 1-ci vitse prezidenti Rasim Məmmədov, Zəngin Azərbaycan Uğrunda Azərbaycan Mübarizə İctimai Birliyinin sədri İradə Əliyeva iştirak edəcəklər.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info