Y.Mahmudov: “Bütün dünya azərbaycanlıları üçün bir Vətən var, o da Qarabağdır”
Tarix: 20.02.2015 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunda Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. İclasda çıxış edən Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, Xocalı soyqırımı Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biridir. Onun sözlərinə görə, azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib: "Bu gün Azərbaycan gəncləri mübarizə ruhunda tərbiyə edilməli və onlar düşmənlərə qalib gəlmə, torpaqların boşaldılması üçün mübarizə aparılmalıdır. Azərbaycan gəncliyi məğlubiyyətdən sonra başıaşağılıq vəziyyətini uzun yaşatmamalıdır. Azərbaycan bayrağını təkcə Qarabağda deyil, tarixi Azərbaycan torpaqları olan İrəvan, Zəngəzurda da sancmalıyıq. Bizim məqsədimiz bu gün ağır dəhşətli cinayəti yada salıb ruh düşkünlüyü yaratmaq deyil, bunlardan ibrət dərsi almalıyıq. Ermənilərin "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi tarix boyu dəhşətli soyqırımların keçirilməsi, kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Düşmənin cavabını vermək üçün biz xalq olaraq yumruq kimi birləşərək tarixdən ibrət dərsi almalıyıq. İbrət dərsi ondan ibarətdir ki, Azərbaycan xalqı vahidləşməli, birləşməlidir. Bütün dünya azərbaycanlıları üçün bir Vətən var, o da Qarabağdır. Həmin Vətəndən düşmən qovulub, məhv edilib çıxarılmalıdır”. Y.Mahmudov bildirib ki, institut tərəfindən “Mükəmməl Qarabağ: real tarixi faktlar, sənədlər” kitabı hazırlanıb. Prezident İlham Əliyevin təşəbbüsü və göstərişi ilə hazırlanan kitab 12 dildə çap olunub. Kitabda Qarabağın bütün tarixi verilib, bununla bağlı kifayət qədər sənədlər toplanıb.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info