İqtisadiyyat və sənaye naziri Şabranda vətəndaşları qəbul edib
Tarix: 20.02.2015 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tərəfindən növbəti vətəndaş qəbulu fevralın 20-də Şabranda keçirilib. Heydər Əliyev Mərkəzində təşkil olunmuş qəbulda Siyəzən, Xızı və Şabran rayonlarından olan 80-dən çox vətəndaş müraciət edib. Vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, bank olmayan kredit ittifaqının Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığının yaradılması, kənd yollarının çəkilməsi, kəndlərin qazlaşdırılması, kənddə məktəb, tibb məntəqəsi və musiqi məktəbinin tikilməsi, məktəb və xəstəxana təmiri, kiçik xidmət sahələrinin yaradılması, kənd təsərrüfatı texnikasının alınması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilmiş, nazir Şahin Mustafayev İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Vətəndaşların əksər müraciətləri yerindəcə həllini tapmış, digərlərinin qanunvericiliyə uyğun operativ araşdırılması və həll edilməsi üçün Nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən müvafiq tədbirlər görüləcək.
İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib, icra vəziyyəti nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
Eyni zamanda, qəbula gələn sahibkarların bir sıra təklifləri müzakirə edilmiş, heyvandarlıq, iri fermer təsərrüfatının yaradılması, meyvəçilik, arıçılıq, balıqçılıq, istixana təsərrüfatının yaradılması, mebel, tikinti materialları, keramik suvenir, boya istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.
Qəbul günü digər rayonlardan olan vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Qəbulda iştirak edən vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.
Ümumilikdə, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tərəfindən indiyədək bölgələrdə 28 vətəndaş qəbulu keçirilib, qəbullarda 1600-dən çox vətəndaş müraciət edib.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info