Azərbaycanla İsveç arasında dini sahədə əlaqələr müzakirə olunub
Tarix: 20.02.2015 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov bu ölkənin dini lideri, arxiyepiskop xanım Antje Jackelen ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında dini sahədə əlaqələrlə bağlı müzakirələr aparılıb.
A.Məmmədov səfir kimi fəaliyyəti dövründə İsveçlə Azərbaycan arasında münasibətlərin inkişafına, habelə mədəniyyətlərarası və dinlərarası əlaqələrə böyük əhəmiyyət verdiyini söyləyib.
Diplomat hər bir xalqın və mədəniyyətin formalaşmasında dinin mühüm rol oynadığını qeyd edib, ölkəmizin müxtəlif dinləri birləşdirən məkan olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycan əhalisinin 95 faizini müsəlmanların təşkil etməsinə baxmayaraq, ölkədə müsəlmanlarla yanaşı, xristianların və yəhudilərin də yaşadıqlarını, 2000-dən artıq məscidin, 11 kilsənin və 6 sinaqoqun fəaliyyət göstərdiyini bildirib. O, ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin azad və rahat yaşamaları üçün hər cür şəraitin mövcudluğunu qeyd edib və bütün bunların da Azərbaycanda nümunəvi tolerantlıq mühitinin bariz göstəricisi olduğunu vurğulayıb. Səfir Azərbaycanın tolerantlıq modelinin dünyanın bir sıra siyasi və dini mərkəzləri tərəfindən təqdir edildiyini diqqətə çatdırıb.
Diplomat Azərbaycan dövlətinin ölkədə tolerantlıq mühitinin yaradılması və qorunub saxlanmasında mühüm işlər gördüyünü, respublikamızın mütəmadi olaraq mədəniyyətlərarası və dinlərarası dialoqlar üzrə beynəlxalq konfranslara və digər bu kimi tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb.
A.Məmmədov Azərbaycan xalqının erməni separatizminin törətdiyi fəsadlardan əziyyət çəkdiyini, ölkəmizin ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bu işğalın 1 milyondan artıq qaçqın və məcburi köçkünün yaranması ilə nəticələndiyini diqqətə çatdırıb. Səfir Ermənistanın həmin ərazilərdə separatizmi dəstəklədiyini, Azərbaycana məxsus maddi-mənəvi dəyərləri məhv etdiyini, ölkəmizə qarşı hər bir mənada genosid siyasəti həyata keçirdiyini bildirib.
Diplomat Xocalı faciəsi ilə də bağlı məlumat verərək, bir gecənin içində Xocalı şəhərinin ermənilər tərəfindən darmadağın edildiyini, 613 günahsız mülki insanın öldürüldüyünü bildirib. Bir çox dövlətlərin parlamentlərində, ABŞ-ın 15 ştatında bu soyqırımının Azərbaycan xalqına qarşı qətliam kimi qiymətləndirilməsi ilə bağlı qətnamələrin qəbul edildiyi diqqətə çatdırılıb.
Arxiyepiskop Antje Jackelen İsveçdə uzun illər demokratik dövlət quruculuğunda dinin önəmsiz olaraq qiymətləndirildiyini qeyd edib. Bildirib ki, buna baxmayaraq insanlar getdikcə dinin təbliğ etdiyi sosial həmrəylik kimi dəyərlərin mühüm rol oynadığını dərk ediblər.
Bütün dinlərdə insan amilinin hər şeydən üstün olduğunu bildirən arxiyepiskop günahsız insanların qətlə yetirilməsinin bütövlükdə bəşəriyyətin faciəsi olduğunu qeyd edib və bu mənada ölkəmizdə baş verən qətliamla bağlı Azərbaycan xalqının kədərini bölüşdüyünü bildirib.
A.Məmmədov A.Jackelenə Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı kitab, məlumat broşürü, disk və Azərbaycanda fəaliyyət göstərən dini liderlərin dünya liderlərinə birgə ünvanladıqları müraciəti təqdim edib.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info