Rabitə və yüksək texnologiyalar naziri Ağsuda vətəndaşları qəbul edib
Tarix: 20.02.2015 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov fevralın 20-də Ağsu şəhərində vətəndaşları qəbul edib.
Nazirliyin müvafiq struktur rəhbərlərinin də cəlb olunduğu qəbulda Ağsu, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.
Müraciətlərin operativ araşdırılması və həlli məqsədilə qəbulun keçirildiyi Ağsu Telekommunikasiya Qovşağında digər rayonların poçt və telekommunikasiya qovşaqlarının rəhbərləri ilə videobağlantı yaradılıb.
Qəbul zaman vətəndaşların əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayım xidmətlərinin keyfiyyəti, bu sahədə onları maraqlandıran məsələlərlə bağlı müraciətləri dinlənilib.
Müraciətlərdə qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırılmaya ehtiyac olan bir sıra müraciətlər isə qeydiyyata götürülüb. Onların operativ həlli üçün nazirliyin müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyatı üzrə çatdırılması üçün qeydiyyata alınıb.
Qəbuldan sonra nazir Əli Abbasov jurnalistlərə müsahibə verib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info