“Salon”: “New York Times” öz reportajlarında Vaşinqtonun dediklərini yerinə yetirir”
Tarix: 20.02.2015 | Saat: 21:13:00 | E-mail | Çapa göndər


“Təbliğat müharibəsi nə qədər qansız olsa da, real müharibə qədər təhlükəlidir”

ABŞ-ın “Salon” qəzetində müəllif Patrik Smit ABŞ-da medianın əslində müstəqil olmadığı, kütləvi informasiya vasitələrinin (KİV) hökumət dairələrinin göstərişləri əsasında hərəkət etdiklərini ifşa edən maraqlı yazı yazıb. Bu yazıdan dərhal görünür ki, özgə vaxt başqa ölkələrə “azad medianın olmaması” ilə bağlı irad tutmağa çalışan bir ölkədə kütləvi informasiya vasitələri necə yönləndirilir.
Beləliklə, müəllif yazır: “Ukraynada böhran yeni sıçrayışı tamamlayarkən, KİV-in müharibəsi bu böhranda daha görkəmli yer tutur. Bəzi oxucular onu tanıyırlar, bəzilərisə onunla tanış olmalıdırlar. Bu, “New York Times”ın xaricə göndərdiyi, uzun illər müxbir işləmiş Sidney Grusonun hekayəsidir. Ukrayna və ya Rusiya haqqında bu qəzetin nələr yazdığını bilməzdən öncə bu hekayəyə diqqət etmək məsləhətdir. Qruson həmin qəzetin redaksiyasına İkinci Dünya müharibəsi zamanında gəlib və müharibənin sonuna qədər jurnalist kimi bir çox ölkələrə səfər edib. Bu baxımdan biz onun Qvatemalada 1950-ci illərdə Dalles qardaşlarının - Con Fosterin Dövlət Departamentində və Allenin Mərkəzi Kəşfiyyat İdarəsində əvvəlcə hazırladıqları, sonra isə həyata keçirdikləri çevrilişə həsr edilmiş məqalələrinə diqqət edə bilərik. Bu çevriliş nəticəsində 1954-cü ildə seçilmiş prezident Jakobo Arbenz devrilmişdi.
Qrusonun o vaxt əsl problemləri onun öz jurnalist fəaliyyətini obyektiv qurmasına görə başlamışdı. 1953-cü ilin dekabrında Qruson Vaşinqtonun Latın Amerikasındakı ikili standartları barəsində yazmışdı. Onun sözlərinəgörə, Ağ Ev orada diktatura yaradıb, sol qüvvələr isə yoxdur. Onun bu qəbildən digər obyektiv materialları da vardı.
Mərkəzi Kəşfiyyat İdarəsi minimum 1952-ci ildən Qrusona qarşı insinuasiya və yalan kompromatlar toplamağa başlamışdı və onu “təəssübkeş kommunist”, “kommunist yolunu tutan qorxulu şəxsiyyət” adlandırırdı.
1954-cü ildə Allen Dalles “New York Times”a göstəriş verir ki, Qrusonu Qvatemaladan götürmək lazımdır”.
Daha sonra yazıda ABŞ təhlükəsizlik orqanlarının rəhbərliyi ilə Qvatemalada həyata keçirilən oyunlardan və bu oyunlara görə sonradan – 1997-ci ildə bəzi sirlər açıldıqdan sonra Klintonun üzr istəməsindən bəhs edilir: “Bu məqalənin yazılması üçün əsas səbəb və həyəcan doğuran məsələ isə “New York Times”ın Moskva bürosunun Ukrayna müharibəsini işıqlandırmasıdır. Bu büro çoxdandır media müharibəsindən, tam açıq təbliğata keçib. Təbliğat müharibəsi nə qədər qansız olsa da, real müharibə qədər təhlükəlidir. O, ağılları qapayır, real müharibənin başlaması üçün şansların ortaya çıxmasına imkan verir, bunun üçün insanlarda nifrət, paranoya, dözümsüzlük və yanılmalar yaradır”.
Məqalədə daha sonra Ukrayna müharibəsinin “Putin müharibəsi” olması ilə bağlı amerikan təbliğatı və bu təbliğatın aparılmasında “New York Times”ın rolundan bəhs edilir. Bir daha “New York Times” kimi qəzetlərlə qorxulu təbliğat aparılmasının azad media prinsiplərinə uyğun gəlmədiyi diqqətə çatdırılır.
Qeyd edilir ki, “New York Times” öz reportajlarında Vaşinqtonun dediklərini yerinə yetirir.


İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info