Azərbaycan aliminin həmmüəllifi olduğu elmi məqalə Böyük Britaniyada dərc edilib
Tarix: 20.02.2015 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Tovuz rayonundakı Göytəpə neolit dövrü qədim yaşayış yerindən aşkarlanan qədim bitki qalıqları analizlərinin nəticələri ilə bağlı elmi məqalə Böyük Britaniyada nəşr olunan impakt faktorlu “Journal of Achaeological Science-Elsevier” beynəlxalq elmi jurnalında dərc edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan bildiriblər ki, bu elm müəssisəsinin şöbə müdiri, abidədə aparılan tədqiqatların rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, Yaponiyanın, ABŞ-ın və İspaniyanın paleobotanika elmləri üzrə aparıcı mütəxəssisləri - Yoşihiro Nişiaki, Çie Akaşi, Seici Kadovaki, Liza Maher, Marta Portillo və Roza M.Albert məqalənin həmmüəllifləridirlər.
Məqalədə qeyd olunur ki, Göytəpə yaşayış məskəninin tədqiqatları zamanı aşkarlanan, gildən hazırlanmış təsərrüfat quyularının içərisindəki torpağın tərkibinin geoarxeoloji və paleobotanik analizləri emal prosesində əldə edilən taxıl, buğda və arpa qalıqlarını (dənli bitkilərin qabıqdan çıxarılması və üyüdülməsi prosesinin nəticələri ) müəyyənləşdirib. Beləliklə, dünyanın qabaqcıl elmi laboratoriyalarında aparılan analizlərin nəticələri Göytəpə yaşayış məskəni materialı timsalında neolit dövründə Azərbaycanda qabaqcıl əkinçiliyin olduğunu, qədim yerli əhali tərəfindən artıq mədəni bitkilərin yetişdirilməsini və istifadəsini göstərib. Alınan nəticələr, həmçinin neolitdə Azərbaycan əhalisinin dövrü üçün qabaqcıl aqrotexniki bilik və təcrübəyə malik olması barədə fikir yürüdülməsinə təkzibedilməz əsas verir.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info