Ağ yolda ABŞ –Azərbaycan münasibətləri müzakirəyə çıxarıldı
Tarix: 20.02.2015 | Saat: 22:51:00 | E-mail | Çapa göndər


Ağ Yol Vətəndaş Hərəkatının rəsmi Facebook səhifəsində və 550 minlik eyni adlı qrupunda və Twitter hesabında ABŞ –Azərbaycan münasibətləri müzakirəyə çıxarılıb. Bildirilib ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nulandın Azərbaycana səfərini ölkəmiz üçün uğurlu hesab etmək olar. ABŞ-ın Azərbaycanı tənqid etmək cəhdləri və Azərbaycana layiq olduğu dəyəri verməməsi cəmiyyətdə də müsbət qarşılanmırdı. Hər gün müxtəlif təşkilatlar, fərdlər və sıravi vətəndaşlar ABŞ-ın birtərəfli siyasəti ilə bağlı etiraz kampaniyası keçirirdilər. “Ağ Yol” Vətəndaş Hərəkatı da çox böyük əmək sərf etmişdi. Bu nəticəsini verdi və iki ölkə arasında daha dərin əməkdaşlıq üçün zəmin yarandı.
ABŞ Azərbaycan hakimiyyəti ilə işbirliyindədir və Azərbaycanın həm enerji , həm də təhlükəsizlik məsələlərində qlobal dünyaya verdiyi töhvələrdən məmnundur. Bu dəstək həm Azərbaycana, həm də Amerikaya lazımdır.
ABŞ Azərbaycanla enerji sahəsində əməkdaşlıq edir və ölkəmiz bu sahədə Qərbin ən dayanıqlı və sabit strateji tərəfdaşlarından biridir. ABŞ-ın neft və qaz şirkətləri Azərbaycana milyardlarla dollar sərmayə yatırıblar və bu sərmayələrin qarantı hazırkı hakimiyyədir. Məgər ölkədə sabitlik və dayanıqlı inkişaf olmasaydı, bu sərmayələr mümkün olardımı və ya onların təhlükəsizliyinə zəmanət verilə bilərdimi? Təbii ki, xeyr!
Azərbaycan təhlükəsizlik alanında da ABŞ-la bərabər hərəkət edib. Əfqanistan, İraq və Kosovada sülhməramlı əməliyyatlarda iştirak edib və qlobal terrorla mübarizədə hər zaman Qərbin yanında olub. Bu gün də Qərbin yanındadır.
Bu gün Azərbaycan Cənub Qaz Dəhlizi layhəsinin reallaşdırmaqla Qərbin enerji təhlükəsizliyinin təminatında əsas rollardan birini oynayacaq. Azərbaycan hakimiyyəti bunu realizə etmək üçün nəhəng çabalar göstərərək buna nail olub. Bakı-Tbilisi-Ceyhan layihəsi Qərblə strateji tərəfdaşlıqda həyata keçirilib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info