“Ermənilər Qafqazda problemli xalqdır”
Tarix: 20.02.2015 | Saat: 22:58:00 | E-mail | Çapa göndər


Səbinə Əsədova: “Ata-baba torpaqlarmıznda yaşamaq hüququmuz əlimizdən alınıb”

Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində Azərbaycanın Fransadakı səfirliyinin və Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə Fransa Senatının binasında “Dağlıq Qarabağ münaqişəsi: Qafqazın təhlükəsizliyi və sabitliyi üçün faciəli nəticələr və mühüm çağırışlar” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) idarə heyətinin üzvü Səbinə Əsədova da iştirak edib. Bu haqda AGAT-dan qəzetimizə məlumat verilib.
Dinləmələrdə senatorlar, Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov, Senatın Qafqaz dostluq qrupunun rəhbəri Andre Rişar, ATƏT-in Minsk qrupunun keçmiş fransalı həmsədri Bernar Fasye, Fransada fəaliyyət göstərən müxtəlif diplomatik nümayəndəliklərin təmsilçiləri, Azərbaycan və Türkiyə diasporunun nümayəndələri və başqa qonaqlar iştirak ediblər.
Laçınlı köçkün və hazırda İtaliyada təhsil alan Səbinə Əsədova erməni hərbi qüvvələrinin silah gücünə zorla el-obalarından çıxarılan azərbaycanlıların öz doğma vətənlərində qaçqın və köçkünə çevrilmələrindən, onların ilk vaxtlar çox ağır vəziyyətdə yaşamalarından danışıb. O, dövlətimizin qayğısı sayəsində hazırda onların yaşayış şəraitinin yaxşılaşdığını vurğulayıb.
Səbinə Əsədova deyib ki, əksər hallarda danışıqlar zamanı yalnız erməni icmasının adı çəkilir: “Nədənsə, Dağlıq Qarabağdan zorla qovulmuş əlli minlik Azərbaycan icmasının adı heç yerdə çəkilmir. Bu, Azərbaycan icmasını məyus edir və Dağlıq Qarabağın Azərbaycan icmasının səsi eşidilməli və onların tapdanılmış hüquqları unudulmamalıdır”.
Səbinə Əsədova bu gün danışıqlar prosesinin heç bir etnik təmizliyə məruz qalmayan əlli minlik erməni icması ətrafında aparıldığını söyləyib. O bildirib ki, Ermənistan tərəfi danışıqlar zamanı Laçın rayonu ərazisinin Ermənistan və Azərbaycanın Dağlıq Qarabağ regionu arasında dəhliz kimi istifadəsini iddia edir.
Səbinə Əsədova bütün var-dövlətlərinin ermənilər tərəfindən qəsb edildiyini dilə gətirib. Ata-baba torpaqlarında yaşamaq hüquqlarının əllərindən alındığını deyən Əsədova, çıxış edərkən bir neçə dəfə kövrəlib.
Türkiyənin “Haberler.com” saytı bu dinləmələr haqda xəbər yerləşdirib. Saytın bildirdiyinə görə, tədbirdə fransız tarixçi Maxime Guain ermənilərin Qafqazda problemli bir xalq olduğunu ifadə edərək, Dağlıq Qarabağın işğalı və erməni quldur dəstələrinin etdiyi qırğınlardan danışıb. Osmanlı dövründə ermənilərin vəziyyətinə də toxunan fransız tarixçi Guain, soyqırımın müzakirə mövzusu olmadığını vurğulayıb. 1942-ci ildə Berlində Tələt Paşanın öldürülməsi ilə başlayan erməni terrorunun, daha sonra türk diplomatlarına qarşı olan sui-qəsdlər ilə Avropada, o cümlədən Orly Hava Limanında ASALA gizli terror təşkilatı tərəfindən reallaşdırıldığını bildirib.
Daha sonra tədbir diskussiya şəklində davam edib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info