Milanda 166 marşrutda “Xocalıya Ədalət“ şüarı
Tarix: 23.02.2015 | Saat: 15:19:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar İtaliyanın Milan şəhərində silsilə tədbirlər kampaniyası davam edir.
Şuradan bildiriblər ki, artıq 3 gündür Milan şəhər nəqliyyatının 166 marşrutunda Xocalı faciəsini əks etdirən, üzərində “Xocalıya Ədalət” şüarı olan avtobus, tramvay və trolleybuslar reysə çıxırlar. Onu da qeyd edək ki, bu marşrutların hərəkət trayektoriyası şəhərin bütün yaşayış məntəqələrini əhatə edir. O cümlədən 6 marşrut bütün sutka ərzində və şəhərboyu dairəvi hərəkətdədir. Şəhər Nəqliyyat Departamenti ilə bağlanan müqaviləyə əsasən, stiker və bannerlər daha 2 həftə ərzində marşrutlarda saxlanılacaq.
Bundan başqa bir həftədən çoxdur ki şəhər sakinləri arasında Xocalı soyqırımına həsr olunmuş məlumat bukletləri paylanmaqdadır. 15 min tirajla çap edilmiş bu bukletlərin böyük hissəsi səhərin əksər teatr və mədəniyyət mərkəzlərində, ictimaiyyətin sıx olduğu yerlərdə, ictimai nəqliyyatda paylanılıb. Bu aksiya 24 fevrala kimi davam etdiriləcək.
Fevralın 24-də isə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Milan şəhərinin mərkəzində yerləşən məşhur “Teatr Filodrammatici” Teatrında “Xocalıda qırmızı mələk” adlı tamaşanın premyerası, premyeraya qədər isə Xocalı faciəsinə həsr olunmuş sərgi təşkil ediləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10594

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 İtaliyada ötən ildən indiyə kimi qripdən 52 ölüm halı qeydə alınıb
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info