“Azərbaycan dünyada yaşayan yəhudilərin və İsrailin dostudur”
Tarix: 23.02.2015 | Saat: 15:25:00 | E-mail | Çapa göndər


Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar ABŞ-ın Los Anceles şəhərində yerləşən “Piko Şul” yəhudi sinaqoqunda anım tədbiri keçirilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən xəbərə görə, baş konsulluqla birgə keçirilən tədbirdə yəhudi icmasının çoxsaylı nümayəndələri ilə yanaşı, digər müxtəlif icmaların çoxsaylı nümayəndələri də iştirak ediblər.
Tədbiri açan “Piko Şul” sinaqoqunun rəhbəri Ravvin Yona Bukstayn Azərbaycanın tarixi tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini bildirərək, qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycanda yəhudilərə daim xoş münasibətin göstərildiyini vurğulayıb. O, Azərbaycanın dünyada yaşayan yəhudilərin və İsrailin dostu olduğunu qeyd edərək, Xocalı qətliamına dair anım tədbirinin keçirilməsi ilə yəhudi icmasının azərbaycanlıların dərdini və ağrı-acısını bölüşdüyünü diqqətə çatdırıb.
Sonra çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev belə faciəvi gündə Azərbaycanın xalqının ağrı-acısını bölüşdüyünə görə “Pico Shul” sinaqoquna və yəhudi icmasına təşəkkür edib, bu tədbirin ABŞ-da bir yəhudi sinaqoqunda Xocalı qətliamına həsr olunmuş ilk tədbir kimi tarixə düşdüyünü qeyd edib. O, Azərbaycanda yəhudilərə qardaşlıq münasibətinin göstərildiyini, tarix boyunca dar günlərində azərbaycanlıların daim yəhudilərə yardım əlini uzatdığını və onları qoruduğunu bildirib. Diplomat həmçinin Xocalı soyqırımı haqda həqiqətlərin dünyaya yayılması istiqamətində məqsədyönlü işlər görüldüyünü vurğulayaraq, bu səpkidə Leyla Əliyevanın rəhbərliyi altında “Xocalıya Ədalət” kampaniyasının son illərdə önəmli nəticələr əldə etdiyini qeyd edib.
Növbəti çıxış edən Xocalı soyqırımının canlı şahidlərindən olan Anar Usubov öz xatirələrini bölüşərək, soyqırım nəticəsində yalnız ailə üzvlərini və qohum-əqrəbasını deyil, eyni zamanda uşaqlığını, gəncliyini də itirdiyini bildirib.
“Piko Şul” sinaqoqunun nümayəndəsi Emili Pflaster isə öz çıxışında Xocalısoyqırımı ilə bağlı gerçəklikləri araşdırdığı zaman qarşılaşdığı faktlardan sarsıldığını, baş verən vəhşiliklərin insanlıq anlayışına sığmadığını qeyd edib. E.Pflaster bir müddət əvvəl Los Ancelesdə səfərdə olan Xocalı soyqırımının canlı şahidlərindən olan Dürdanə Ağayeva ilə görüşdüyünü, onun başına gələnlərdən dəhşətə gəldiyini bildirib. E.Pflaster bəşər tarixində belə faciələrin bir daha yaşanmaması üçün Xocalı həqiqətlərinin bütün dünyanın bilməli olduğunu vurğulayıb.
Çıxışlardan sonra tədbir iştirakçıları Xocalı soyqırımının şahidlərindən olan D.Ağayeva ilə Azərbaycanın Los Ancelesdəki baş konsulluğu tərəfindən hazırlanmış video-materiala baxıblar. Müsahibə janrında olan materialda D.Ağayeva ermənilər tərəfindən ona qarşı əsirlikdə törədilmiş vəhşiliklər barədə ətraflı danışır.
Tədbirin sonunda yəhudi skripka ifaçısı tərəfindən yəhudi soyqırımı Holokosta həsr olunmuş həzin musiqilər ifa edilib. Tədbir iştirakçıları Xocalı faciəsini əks etdirən foto-sərgi ilə də tanış olublar.
Qeyd edək ki, tədbiri pozmağa çalışan Los Anceles erməni lobbisinin nümayəndələri “Pico Shul” sinaqoqunun divarlarına müxtəlif təhqiramiz qraffitilər yazıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info