Xalq yazıçısı Çingiz Abdullayev tələbələrlə görüşüb
Tarix: 23.02.2015 | Saat: 15:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının (ADPU TGT) nəzdində fəaliyyət göstərən “Kitab Klubu”nun təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, “Şöhrət” ordenli Xalq yazıçısı Çingiz Abdullayev tələbələrlə görüşüb.
ADPU-nun böyük akt zalında keçirilən görüşdə ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov, universitetin müəllimləri və 400-ə yaxın tələbə iştirak edib.
Görüşdə tələbələrə yazıçının yaradıcılığı haqqında geniş məlumat verilib. Eyni zamanda Çingiz Abdullayev tələbələrin çoxsaylı suallarını cavablandırıb.
Tələbələrlə söhbət zamanı o, gənc nəsildə mütaliəyə marağın az olmasından narahat olduğunu bildirərək, klassik və müasir yazıçılarımızın əsərlərini və dünya ədəbiyyatını oxumağı tövsiyə edib. O, həmçinin mütaliənin gənc nəslin dünyagörüşünün genişlənməsində, söz ehtiyatlarının zənginləşməsində tutduğu vacib rolu bir daha qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info