Almaniyanın Bielefeld şəhərində Xocalı yürüşü keçirilib
Tarix: 23.02.2015 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Almaniyanın Bielefeld şəhərində izdihamlı yürüş-mitinq keçirilib. Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş aksiyada Almaniyanın Bielefeld, Hannover, Hamburq və digər şəhərlərində yaşayan 400-dən çox soydaşımız, Türk icmasının, yerli ictimaiyyətin nümayəndələri, iş adamları, ictimai-siyasi xadimlər iştirak edib.
Almaniyanın Nordrayn-Vestfaliya federal əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı və Türkiyə Gənclər Təşkilatının (TGB) dəstəyi ilə keçirilən yürüş-mitinq Bielefeld şəhərinin mərkəzi meydanından başlayıb. Mitinqdə Azərbaycan və alman dillərində Xocalı soyqırımı haqqında məlumat verilib. Bildirilib ki, bu vəhşilik erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırımı siyasətinin dəhşətli nümunəsidir. Mitinqdə Xocalı faciəsinin bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanınması, insanlığa qarşı törədilən bu qətliama digər dövlətilərin də tezliklə hüquqi və siyasi qiymət verəcəyinə əminlik ifadə edilib. Aksiyada çıxış edənlər Almaniya hökumətini də bu faciəni soyqırımı kimi tanımağa çağırıb. Mitinqin sonunda Azərbaycan-Alman Dostluq Cəmiyyətinin qəbul etdiyi bəyannamə oxunub. Bəyannamədə bəşəriyyətin ən qanlı cinayətlərindən biri olan Xocalı soyqırımına dünya ictimaiyyətinin siyasi-hüquqi qiymət verməsinin zəruriliyi vurğulanıb.
Mitinqdən sonra aksiya iştirakçılar Bielefeld şəhərinin mərkəzi küçələri ilə hərəkət edərək Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasını və Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoymasını tələb ediblər. Çox sayda Azərbaycan və Türk bayraqlarının dalğalandığı yürüş zamanı şəhər sakinlərinə soyqırımına dair kitab, jurnal, broşür paylanılıb.
Yürüş zamanı səsgücləndirici vasitəsilə şəhərin sakinlərinə və qonaqlarına Xocalı faciəsi haqda məlumat veriblər. Əllərində Xocalı dəhşətlərini əks etdirən fotoşəkilləri, plakat və şüarları, Azərbaycan və Türkiyə bayraqlarını tutan aksiya iştirakçıları Azərbaycan və alman dillərində "Qarabağa azadlıq", "Xocalıya ədalət”, “Ermənistan qəsbkarları Azərbaycan ərazisindən rədd olsun” bu kimi şüarlar səsləndiriblər.
Bielefeldin Jahn-Platz meydanında sona çatan yürüş yerli kütləvi informasiya vasitələrində işıqlandırılıb. Mitinq-yürüşdə çoxsaylı Azərbaycan və Türk cəmiyyətləri, o cümlədən Alman-Azərbaycan Mədəniyyət Evi, Bielefeld Atatürkçü Düşüncə Dərnəyinin üzvləri fəal iştirak edib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info