Belçikada Xocalı qurbanlarının ruhuna ehsan verilib
Tarix: 23.02.2015 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Xocalı soyqırımının 23 – cü il dönümü ərəfəsində dünyanın müxtəlif ölkələrində anım mərasimləri keçirilməkdə davam edir. Belə tədbirlərdən biri də Belçikanın Gent şəhərində keçirilib. Bu haqda tədbirdə iştirak edən diaspor jurnalisti Vüqar Abbasov məlumat verib.
Tədbiri “Azərbaycan Belçıka Dostluq Cəmiyyəti,” “Gent Türk Ocağı” və “FZO-VL (Oz Dernekler Federasyonu)” birlikdə təşkil ediblər. Giriş sözü ilə tədbiri açan “Gent Türk Ocağı” təşkilatının öncəki başqanı Recep Tuncer Sarı gələn qonaqları salamladıqdan, Xocalı faciəsi barədə qısa məlumat verdikdən sonra, Xocalıda şəhid olanlarımızın ruhuna Qurandan ayələr oxumaq üçün Mecid Mecidi kürsüyə dəvət edib. Daha sonra ardıcıllıqla “Gent Türk Ocağı” başqanı Erdal Böcük, “FZO-VL” – in başqanı Ceylan Kara, Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Fuad İsgəndərov, Türkiyənin Anves baş konsulu Ali Sevim, Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, Girov Girov Götrülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov, “Belçika-Azərbaycan Dostluq Cəmiyyəti”nin sədri Ayhan Dəmirçi və Vüqar Abbasov çıxış ediblər. Çıxış edənlər XX əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımından, erməni vəhşiliklərindən, türk dünyasının bir-birinə dəstək verməsinin vacibliyindən söhbət açıblar. Tədbirin sonunda Ayhan bəy tədbirin keçrilməsində əməyi keçən hər kəsə Azərbaycan Respublikasının üç rəngli bayrağını hədiyyə edib.
“Gent Türk Ocağı”nın qərargahında keçirilən tədbirə böyük maraq var olub. Toplantıya qatılan çoxsaylı qonaqların içərisində Gent bələdiyyə üzvləri, bir çox təşkilat rəhbər və nümayəndələri, yerli jurnalistlər də olublar. Tədbirdən sonra “FZO-VL” – in başqanı Ceylan Kara Gentdəki “Elita” restoranında şəhidlərin ruhuna ehsan verib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info