Bakı Ali Neft Məktəbində “Texniki yaradıcılığa maraq”
Tarix: 23.02.2015 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) şagirdlərin və tələbələrin texniki yaradıcılığına həsr olunmuş “Texniki yaradıcılığa maraq” sərgisi keçirilib. Ali məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, sərgi BANM-in tələbələrindən ibarət “Gənc mühəndislər” və “Badamdar” klublarının, “Gənc mühəndislərin İnkişafı” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə “Gənc mühəndislərin İnkişafı” İctimai Birliyinin üzvləri, BANM-in əməkdaşlıq etdiyi transmilli şirkətlərin nümayəndələri, orta məktəblərin şagirdləri, BANM-in tələbələri iştirak ediblər. BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov ali təhsil müəssisəsinin 3 illik fəaliyyəti dövründə qazandığı uğurlar, burada mütəxəssis hazırlığında tətbiq olunan müasir proqramlar və mütərəqqi texnologiyalar haqqında danışıb. O, mühəndis kadrların hazırlanmasında nəzəri biliklərin təcrübə ilə vəhdətinin təmin olunduğunu qeyd edib. Prorektor R.Hümbətov orta məktəblərin yuxarı sinif şagirdlərini texniki yaradıcılığa cəlb etmək, onlarda mühəndislik fəaliyyətinə həvəs oyatmaq və gələcəkdə texniki ali məktəblərdə təhsil almağa sövq etmək məqsədilə “Gənc mühəndislər” klubunun yaradıldığını bildirdi və bu klubun son bir il ərzində bir sıra orta məktəblərdə gənc mühəndislər dərnəklərinin təşkili üçün atdığı addımlardan bəhs edib. Prorektor “Texniki yaradıcılığa maraq” sərgisinin klubun fəaliyyətinin canlandırılmasına xidmət edəcəyinə, eyni zamanda, şagirdlərdə və tələbələrdə texniki yaradıcılığa böyük həvəs oyadacağına əmin olduğunu bildirib. Tədbirdə iştirak edən transmilli şirkətlərin nümayəndələrinə müraciət edərək, R.Hümbətov onları orta məktəblərdə yaradılan gənc mühəndislər dərnəklərinin texniki vəsaitlər, alətlər və avadanlıqlarla təchiz olunmasında yardımçı olmağa çağırıb. O, “Badamdar” klubunun rəhbəri Elçin Abbasovun tədbirin təşkilində xüsusi rol oynadığını qeyd edərək, onun gənclərə texniki yaradıcılığın təbliği sahəsində uzun illər boyu uğurla çalışdığını vurğulayıb və “Texniki yaradıcılığa maraq” sərgisinin təşkilinə verdiyi töhfəyə görə ona minnətdarlığını bildirib.
BANM-in “Neft-qaz mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi Rəsul Səmədzadə “Badamdar” klubunda öz texniki yaradıcılıq işlərindən danışıb. O, bu işlərin mühəndislik təfəkkürünün inkişafı üçün çox vacib olduğunu vurğulayaraq, orta məktəb şagirdlərini və tələbələri tədbirin iştirakçıları olan klubların fəaliyyətinə qoşulmağa çağırıb.
“Gənc mühəndislərin İnkişafı” İctimai Birliyinin sədri Polad Rüstəmov təmsil etdiyi qurumun fəaliyyətinin BANM-in “Gənc mühəndislər” klubunun və “Badamdar” klubunun fəaliyyət istiqamətləri ilə tam uzlaşdığını bildirib.
“Badamdar” klubunun rəhbəri Elçin Abbasov rəhbərlik etdiyi klubun fəaliyyətinin əsas uğurları haqqında danışaraq, gənclərlə texniki yaradıcılıq işinin təşkili ilə bağlı fikirlərini bölüşüb. O, “Texniki yaradıcılığa maraq” sərgisi kimi tədbirlərin keçirilməsinin gənclərin texniki ixtisaslara yönəldilməsinə dəyərli töhfə verdiyini vurğulayıb. Elçin Abbasov “Texniki yaradıcılığa maraq” sərgisinin təşkilinə dəstək verdiyinə görə BANM-in rektoru Elmar Qasımova tədbir iştirakçıları adından minnətdarlığını bildirib.
Sonra Elçin Abbasov orta məktəb şagirdlərinin və BANM-in tələbələrinin “Badamdar klubu”nun fəaliyyəti çərçivəsində işləyib hazırladığı müxtəlif təyinatlı modelləri, maketləri və təcrübə sınaqlarını tədbir iştirakçılarına nümayiş etdirib və onların çoxsaylı suallarını cavablandırıb. Daha sonra BANM-in həyətində hərəkət edən və uçan müxtəlif modellər tədbir iştirakçılarına nümayiş etdirilib.
Tədbirdə iştirak edən şagirdlər və tələbələr gənclərin texniki yaradıcılığının nümayişinin onlarda dərin maraq oyatdığını bildiriblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info