ABŞ-da Xocalı soyqırımını tanıtım aksiyası davam edir
Tarix: 23.02.2015 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə artıq dördüncü ildir ki, ABŞ-da keçirilən Xocalı soyqırımını tanıtım aksiyası davam edir.
Fevralın 17-də Nyu-Yorkdan başlanan multimedia kampaniyasının davamı olaraq Nyu-York metrosunda üzərində Xocalı soyqırımı haqqında məlumatların əks olunduğu plakatlar bərkidilib. Nyu-York metrosu hərəkətin sıxlığına və metro stansiyalarının çoxluğuna görə dünyada birinci yeri tutur. Xocalı haqqında məlumatların məhz belə metro şəbəkəsində quraşdırılması daha çox insanın soyqırımdan xəbər tutması ilə nəticələnir.
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində davam etdirilən aksiya Vaşinqton metrosu ilə başlayıb. Vaşinqtonun ən mərkəzi metro stansiyası olan “Metro Center” başdan-başa “Xocalı... Azərbaycana qarşı bəşər faciəsi”, “Xocalıya ədalət” başlığı altında posterlərlə əhatələnib.
Hər gün təxminən 50 min sərnişinin keçdiyi bu metro stansiyasında posterlər 3 həftə ərzində yerli sakinləri və turistləri soyqırımın həcmindən xəbərdar edəcək.
Bu vaxt ərzində posterləri görən insanların sayı 1 milyonu keçəcək. “Metro Center”-lə yanaşı, Vaşinqton metrosunun digər stansiyalarında Xocalı soyqırımından bəhs edən posterlər bərkidilib.
ABŞ prezidentinin iqamətgahından tutmuş Federal hakimiyyətin hər üç budağının əsas təmsilçiliklərinə, diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların baş ofisinə qədər bütün strateji obyektlərin yerləşdiyi Vaşinqtonda Xocalı soyqırımının tanıdılması, əsl həqiqətin işıqlandırılması Alyansın bu kampaniyada qarşısına qoyduğu əsas hədəflərdən biridir.
Aksiyanın gedişi ilə http://azerbaijanamericaalliance.org/ saytından,https://www.facebook.com/pages/Azerbaijan-America-Alliance/296931403654112?fref=ts səhifəsindən tanış olmaq mümkündür.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info