Azərbaycan yeni texnologiyalar sahəsində İranla təcrübə mübadiləsi aparmağa hazırdır
Tarix: 23.02.2015 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Qoşulmama hərəkatının iclasında iştirak etmək üçün İran İslam Respublikasına gələn Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov fevralın 22-də bu ölkənin elmlər, tədqiqat və texnologiyalar naziri Məhəmməd Fərhadi ilə görüşüb. Nazirlikdən verilən məlumata görə, Ə. Abbasov bildirib ki, son dövrlər İran ilə Azərbaycan arasındakı əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin prezidentləri siyasi iradə nümayiş etdirərək münasibətlərin inkişaf etdirilməsi istiqamətində siyasi istiqamət müəyyənləşdiriblər. Rəsmi Bakı bütün sahələr üzrə İranla yaxın əlaqələr qurmaqda maraqlıdır.
Qeyd olunub ki, Azərbaycanda informasiya texnologiyaları özünün inkişaf mərhələsini yaşayır. Bu inkişafın nəticəsidir ki, Azərbaycan innovasiya sahəsində Avropa ölkələri və Yaponiya ilə birgə layihələr həyata keçirir, texnologiya parkları yaradır. Azərbaycan dövləti belə layihələri yaxın dost ölkə olan İranla da reallaşdırmaq istəyir. Çünki yeni texnologiyalar sahəsində birgə layihələrin həyata keçirilməsi iqtisadiyyatın inkişafına və əhalinin rifah halının yüksəldilməsinə xidmət edir. Nazir nəzərə çatdırıb ki, elm sahəsində iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi həm rəsmi Bakının, həm də Tehranın maraqlarına uyğundur. İranın Təbriz universiteti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələri mövcuddur. Digər ali təhsil ocaqlarının, xüsusilə də texniki təhsil verən universitetlərin əlaqə yaratmaları vacibdir. Azərbaycan hökuməti bu istiqamətdə İranla əməkdaşlıq etməyə hazırdır. Əli Abbasov Azərbaycanda yeni texno-parkların salındığını bildirib və bu yeniliklərlə tanış olmaq və əlaqələri daha da əhatəli etmək üçün Məhəmməd Fərhadini Azərbaycana dəvət edib.
İranın elmlər, tədqiqat və texnologiya naziri Məhəmməd Fərhadi Qoşulmama hərəkatının iclasında iştirak etmək üçün rəsmi Tehranın dəvətini qəbul etdiyinə görə Əli Abbasova təşəkkür edərək bildirib ki, İran ilə Azərbaycan dost ölkələrdir və elm sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi yalnız müsbət nəticələr verə bilər. İranda da yeni texnologiyalar inkişaf etdirilir. Hazırda İrandakı tibb müəssisələrində nano-texnologiyalardan istifadə edilərək insanlar müayinə və müalicə olunur. Bu sahədə Azərbaycanla təcrübə mübadiləsinin aparılması tərəflər üçün faydalı olar. Ölkəsinin informasiya-kommunikasiya texnologiyaları haqqında məlumat verən iranlı nazir dəvətə görə minnətdarlıq edib və yaxın gələcəkdə Bakıya səfər edəcəyini bildirib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Tural Gəncəliyev: “Paris görüşü irəliləyişin əldə olunmasına ümidlərimizi artırır”
15.01.2019
Müdafiə Nazirliyi gizir hazırlığı kursuna qəbul elan edir
15.01.2019
Gürsel İsmayılzadə Yaponiyada səfir vəzifəsindən geri çağırılıb
15.01.2019
Nazirlər Kabineti Aparatının növbəti iclası keçirilib
15.01.2019
Arif Alışanov AzTV-nin sədri vəzifəsindən azad edildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info