Gənclər üçün “Fərdi İnkişaf Akademiyası” yekunlaşıb
Tarix: 23.02.2015 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Fərdi İnkişaf Akademiyası” layihəsi uğurla yekunlaşıb.
Layihənin keçirilməsində əsas məqsəd gənclərin fərdi inkişafı istiqamətində yeni biliklər əldə etmələri, onların gələcək fəaliyyətlərinin bütün sahələrində onlara vacib olan bacarıqların mənimsədilməsi və qismən formalaşmasına nail olmaqdır.
Birliyin sədri Nigar Ələsgərovanın sözlərinə görə “Fərdi İnkişaf Akademiyası”nda iştirak etmək üçün 100 nəfər region gənci seçilib. Onlar müxtəlif təlimlərlə, onların fərdi inkişafı və gələcək fəaliyyətləri üçün vacib olan mövzularda, peşəkar təlimçilər tərəfindən keçirilən təlimlərdə iştirak ediblər. Layihənin geniş auditoriyada, fərqli üslubda açılış mərasimi və hər biri 3 gün keçirilməklə 2 müxtəlif məkanda Qəbələ (12-15 fevral) və Gəncədə (19-22 fevral) akademiyaları keçirilib.
Layihə rəhbərinin sözlərinə görə layihənin gənclərə faydalılığını daha da artırmaq üçün keçiriləcək təlimlərin mövzusunu müəyyən etmək məqsədi ilə gənclərarasında sosial sorğu da həyata keçirilib. Akademiyanın proqramına həmin mövzular əlavə olunub. "Motivasiya və özgüvən" , “MƏN”, “İnkişafalogiya”, “Məqsədin təyin olunması”, "Rezyume və müsahibə", "Komanda işi və Liderlik" adlı təlimlərdə layihə iştirakçıları fərdi inkişaf sahəsində yeni biliklər əldə ediblər . Hansı ki, bu biliklər onların gələcək fəaliyyətlərinin bütün sahələrində onlara faydalı olacaqdır.
Layihənin hədəf qrupu 18-29 yaş qrupunda region gəncləri idi. Layihə iştirakçıları yekunda şəhadətnamə ilə təltif olunublar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Sabaha olan hava proqnozu açıqlanıb
26.05.2019
Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb
26.05.2019
Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib
25.05.2019
“Azərişıq” hava şəraitinin kəskin dəyişilməsi ilə bağlı qabaqlayıcı tədbirlər görür
25.05.2019
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info