İmtahanların vaxtı açıqlandı
Tarix: 23.02.2015 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci ildə keçiriləcək buraxılış və digər imtahanların vaxtını açıqlayıb. TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, buraxılış imtahanları peşə liseylərinə martın 15-də, 1-ci istiqamət (Bakı) iyunun 2-də, 2-ci istiqamət (region) iyunun 6-da, 3-cü istiqamət (region) iyunun 11-də, 4-cü istiqamət (region) üzrə isə iyunun 16-da keçiriləcək.
Eksternat imtahanı, əvvəlki il məzunlarının qəbul imtahanı, orta ixtisas təhsili müəssisələrinə (9 və 11 illik bazadan) və ali təhsil müəssisələrinə V qrup üzrə qəbul imtahanı isə iyulun 2-də təşkil ediləcək.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ərizə qəbulu (I- IV qruplar) 01- 30 aprel, ərizə qəbulu (V qrup) 5- 18 may, qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur (I qrup) 15– 30 aprel, qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur (V qrup) - 06- 19 may, Rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanında iştirak etmək üçün qeydiyyatının aparılması 1- 31 mart tarixində olacaq.
Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (1-ci imtahan) aprelin 26-da, Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (2-ci imtahan) iyulun 7-də, qəbul imtahanı (əvvəlki illərin məzunları) II və III qruplar üzrə mayın 17-də, qəbul imtahanı (əvvəlki illərin məzunları) I və IV qruplar üzrə mayın 24-də, qəbul imtahanı (cari ilin məzunları) I və IV qruplar üzrə iyulun 14-də, qəbul imtahanı (cari ilin məzunları) II və III qruplar üzrə iyulun 25-də, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (V qrup) 15 iyul-5 avqust, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (I qrup) 19 iyul-5 avqust, ixtisas seçimi (I-V qruplar) 30 iyul-11 avqust, boş qalan yerlərə ixtisas seçimi (I-V qruplar) 14-19 avqust tarixlərində keçiriləcək.
Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında ərizə qəbulu 5-18 may, qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur 6-19 may tarixində təşkil olunacaq. Rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanında iştirak etmək üçün qeydiyyatının aparılması 1-31 mart, Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (1-ci imtahan) 26 aprel, Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (2-ci imtahan) 7 iyul, qəbul imtahanı (əvvəlki illərin məzunları) 2 iyul, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı 15 iyul-5 avqust, ixtisas seçimi 14-19 avqust, boş qalan yerlərə ixtisas seçimi isə 27-31 avqust tarixlərində olacaq.
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ərizə qəbulu 1-31 may, qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat 20 may-2 iyun, qəbul imtahanı (əvvəlki illərin məzunları) 2 iyul, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur 7-11 iyul, ixtisas seçimi 8-15 iyul, boş qalan yerlərə ixtisas seçimi 1-10 avqust tarixlərində keçiriləcək.
Monitorinq imtahanları 6 və 7-ci siniflər üçün 6, 7 aprel (region), 9, 10 aprel (Bakı), 11-ci sinif üçün 15, 16, 17 aprel (Bakı); 20, 21 aprel (region) tarixində olacaq. 22 fevralda magistraturaya qəbul imtahanının 1-ci mərhələsi keçiriləcək, 1-10 apreldə isə proqram seçimi, 26 apreldə qəbul imtahanının 2-ci mərhələsi, 7-12 mayda ixtisaslaşma seçimi, 22-28 iyunda isə boş qalan yerlərə ixtisaslaşma seçimi aparılacaq. Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə qəbul imtahanı (1-ci mərhələ) 15 martda, qəbul imtahanı (2-ci mərhələ) 7 iyulda, ixtisaslaşma seçimi 10-14 iyulda, boş qalan yerlərə ixtisaslaşma seçimi 21-24 iyulda keçiriləcək. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları isə 5, 12, 19 aprel, 3 may tarixlərində təşkil olunacaq.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info