Amanda Pol: “Qərb Azərbaycana münasibətdə ikili standartlar tətbiq edir”
Tarix: 23.02.2015 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


Qərb postsovet məkanındakı münaqişələrə münasibətdə ikili standartlar tətbiq edir. Bunu “Trend”ə Avropa Siyasət Mərkəzinin (Brüssel) analitiki Amanda Pol deyib.
Onun sözlərinə görə, bu, Qərbin Ukraynadakı münaqişə və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qiymətləndirmələrindən və fəaliyyətindən aydın görünür.
Xanım A.Pol xatırladıb ki, Krımın Rusiyaya birləşdirilməsindən sonra Qərb dərhal və dəfələrlə beynəlxalq hüquq, ərazi bütövlüyü və beynəlxalq ictimaiyyətin tanıdığı sərhədlərə hörmətin vacibliyini qeyd edib: “Bundan başqa, Qərb sanksiyalar tətbiq etdi və başa saldı ki, bu sanksiyalar yalnız Krımın azad edilməsindən sonra aradan qaldırılacaq. Həqiqətən də dövlətlərin ərazi bütövlüyünə hörmət son bir neçə onillik ərzində beynəlxalq davranışın ən geniş yayılmış normalarından birinə çevrilib”.
Ekspert deyib ki, Qərbdəki tərəfdaşları kimi, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən Azərbaycan gözləyirdi ki, Ukraynadakı hadisələr Dağlıq Qarabağa görə Ermənistanla münaqişəyə təsir edəcək və Qərbin postsovet məkanında bütün münaqişələrə qarşı eyni yanaşması olmalıdır: “Təəssüf ki, bu belə deyil”.
Onun sözlərinə görə, Qərbin Ermənistan və Azərbaycana qarşı həmişə “balanslaşdırılmış yanaşma”sı olub: "Qərb bunu münaqişənin həllinin razılaşdırılmasına nail olmaq üçün ən yaxşı yanaşma hesab edir. Lakin çətin ki, bu yanaşmanın şansı olsun. Üstəlik, ikili standartların tətbiqi ilə belə yanaşma artıq Azərbaycanın Aİ və ABŞ-la münasibətlərinə mənfi təsir edib".




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info