AGAT Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirir
Tarix: 23.02.2015 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


Bu gündən Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Xocalı soyqırımının 23-cü il dönümünə həsr olunmuş kampaniyaya start verib. Məqsəd Xocalı soyqırımı haqqında həqiqətləri AGAT-ın əməkdaşlıq etdiyi Avropanın vətəndaş cəmiyyəti nümayəndələrinə, Avropa ictimaiyyətinə çatdırmaqdır.
AGAT tərəfindən keçiriləcək kampaniya çərçivəsində 23 fevralda Mərdəkan qəsəbəsində yerləşən uşaq evində Xocalı qurbanlarının ruhuna ehsan süfrəsi verilib. 24 fevralda Türkiyənin Uşak şəhərində təhsil alan AGAT-ın nümayəndəsi və digər həmyerlilərimizin təşkilatçılığı ilə Uşak Universitetinin rektoru, şəhər meri və digər rəsmilərin, tələbələrin iştirakı ilə anım mərasimi təşkil olunacaq. 25 fevralda saat 15:00-da “Hillel” Yəhudi Evində (ünvan: B.Səfərəliyeva 22) AGAT və onun nəzdində yaranan Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şurası tərəfindən Xocalı soyqırımının anım mərasimi keçiriləcək. 26 fevralda 1600-ə yaxın beynəlxalq təşkilatın, senat nümayəndələrinin, dünyada xüsusən Avropada AGAT-ın tərəfdaşlıq etdiyi vətəndaş cəmiyyəti nümayəndələrinin elektron ünvanlarına “Stop nasizm and terrorizm!” adlı məlumatlandırıcı proqram paketi göndərilməsi planlaşdırılır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info