“Çalışacağam ki, Azərbaycan yığması qısa zamanda gözəl futbol oynasın”
Tarix: 23.02.2015 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


“Kamran Ağayevlə bağlı problemimiz var. O, "Kayserispor"da oynamır”. Bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib. Antalyada təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran xorvatiyalı mütəxəssis qapıçı mövqeyi ilə bağlı sıxıntı çəkdiklərini etiraf edib: “Səlahət Ağayev zədəsinə görə toplanışa qatıla bilmədi. Emil Balayevin böyük potensialı olsa da, o da klubunda çıxış etmir. Səlahətin böyük potensialı var, "İnter"də mütəmadi yer alır. "Sumqayıt"ın qapıçısı Andrey Popoviç də istedadlı qapıçıdır. Ümid edirəm ki, Kamran "Kayserispor"da oynayacaq. Amma hazırkı vəziyyətdə Səlahət Ağayev bir nömrəli qapıçıdır”. Toplanışı dəyərləndirən xorvatiyalı çalışdırıcı futbolçulardan razı qaldığını bildirib: "Oyunçularda motivasiya çox yüksəkdi. Nizam-intizam da əla vəziyyətdədi. Maksim Medvedev yüngül zədəsinə görə evə qayıtdı. Onu müayinədən keçirdik, gördük ki, saxlamağın mənası yoxdu. Göndərdik ki, müalicə alsın. Birinci məşq bərpa prosesi idi. Çünki ondan qabaq çempionat oyunlarına çıxmışdılar. İkinci məşqdə fiziki yükləmələr oldu. Futbolçular istəyimi tam yerinə yetirdilər. Bu onu göstərdi ki, potensialları var. Oyunçularla fərdi söhbət etmişəm. Komanda ilə birgə də danışmışam. Mən səmimi insanam. Sizə də onları deyirəm, özümdən heç nə uydurmuram. Futbolçulara demişəm ki, kimin millidə nə qədər oynamasının mənim üçün fərqi yoxdu. Mənim üçün vacibdir ki, sistemimə uyğun, formada olan oyunçu olsun. Mən onlara üstünlük verəcəyəm. Burda olan 22 oyunçu və xarici klublarda çıxış edib, icazə ala bilməyənlər və "Neftçi"nin üzvləri hamısı doğmadır. Onlar millidə oynamağa layiq futbolçulardı. Mən məşqçi kimi əlimdən gələni edəcəyəm ki, futbolçular özlərinə inansınlar. Başa düşsünlər ki, hər rəqibə qarşı çıxıb oynamalı, çəkinməməlidilər. Əsas odu ki, mən və siz yox, oyunçuların özləri buna inansınlar. Çalışacağam ki, Azərbaycan yığması qısa zamanda gözəl futbol oynasın. Ən azından, Bakıya gələnlər hiss etsinlər ki, yaxşı komandaya qarşı oynayırlar. Azərbaycanlı futbolçularda bu potensial var”.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info