Reynaldo “Qarabağ”ın tarixinə düşüb
Tarix: 23.02.2015 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


“Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo Topaz Premyer Liqasında 30-cu qolunu vurub.
Peşəkar Futbol Liqasından bildiriblər ki, son 3 turda meydanı qolsuz tərk etməyən cənubi amerikalı ardıcıl 3-cü dəfə komandasının 1:0 hesablı qələbəsində pay sahibi olub. AZAL və “Simurq”un ardından “Neftçi” ilə görüşün də taleyini həll edən 26 yaşlı hücumçu mövsümdə 6-cı qolunu vurub. Azərbaycan çempionatında debüt etdiyi 2012/2013-cü il mövsümündə 9 oyunda 2, ötən çempionatda 31 matçda 22 dəfə rəqib qapılarına yol tapan Reynaldo 30-cu qolunu 53-cü matçında vurub. Premyer Liqadakı bütün qollarını eyni klubun – “Qarabağ”ın heyətində vuran braziliyalı Ağdam təmsilçisinin tarixinə düşüb. O, bu klubun heyətində Azərbaycan çempionatlarında ən çox qol vuran legioner adına yiyələnib. Reynaldo Ağdam klubunda 29 çempionat qolu vuran Georgi Adamiyanı arxada qoyub. Reynaldo Adamiyanı “Qarabağ”ın Azərbaycan çempionatlarındakı 5 ən yaxşı bombardiri siyahısından da çıxarıb.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Mbappe İspaniyaya keçir?
22.03.2019
Avro-2020: Xorvatiya 2:1 Azərbaycan
21.03.2019
Avro-2020: seçmə mərhələnin ilk qolu vurulub
21.03.2019
ABŞ beysbolçusu ən bahalı müqaviləyə imza atıb
21.03.2019
Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info