Süleyman Şah türbəsinin köçürülməsi ilə bağlı əməliyyat
Tarix: 23.02.2015 | Saat: 22:47:00 | E-mail | Çapa göndər


Türkiyə Suriyanın Hələb şəhəri ərazisində Karakozak kəndindəki Süleyman Şah türbəsində xidmət edən əsgərlərinin təhliyyəsi üçün əməliyyat keçirib. Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində Süleyman şahın nəşinin qalıqları və "Süleyman Şah" Fəxri Mühafizə Alayının əsgərləri Türkiyəyə gətirilib. Məlumatda qeyd olunub ki, Süleyman Şahın cəsədinin qalıqları Suriyanın Türkiyə ilə sərhədinə 200 metr məsafədə olan Eşme bölgəsində mühafizə ediləcək. Türkiyə əsgərləri Suriyanın Eşme bölgəsini nəzarət altına alıb və həmin ərazidə Türkiyə bayrağını qaldırıblar. Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib ki, türbədən götürülmüş mənəvi əmanət dini törənlə bir neçə günlük Türkiyədə mühafizə ediləcək. Daha sonra isə Süleyman Şahın nəşinin qalıqları Suriyanın Eşme bölgəsində türk əsgərlərinin nəzarətində olan ərazidə dəfn ediləcək. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da əməliyyatı izlədiyini bildirib. O, yaydığı yazılı açıqlamada daha öncə də iki dəfə Süleyman Şah Türbəsinin və Fəxri Mühafizə Alayının yerinin dəyişdirildiyini qeyd edib: " Süleyman Şah Türbəsi və Fəxri Mühafizə Alayı yenə beynəlxalq hüquq və razılaşmalar çərçivəsində yeni məkana köçürüləcək, orda bayrağımızı dalğalandırmağa və əcdadımızın xatirəsini yaşatmağa davam edəcəyik". Türkiyə prezidenti qeyd edib ki, əməliyyatı keçirməkdə məqsəd Süleyman Şah Türbəsini Suriya ərazisində daha təhlükəsiz bir yerə nəql etmək olub. O bildirib ki, əməliyyat uğurla başa çatıb. Əməliyyat zamanı heç bir silahlı qarşıdurma olmayıb, bir əsgər qəza nəticəsində şəhid olub.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info