“ABŞ NATO-nu genişləndirmək və rəngli inqilablar törətməklə sülhə mane olur”
Tarix: 23.02.2015 | Saat: 22:48:00 | E-mail | Çapa göndər


“Contra-Magazin”: “NATO hansı ölkəyə öz müdafiəsini təqdim edirsə, orada adətən hər şey iğtişaşlar, inqilablar və ya müharibələrlə başa çatır”
“Rusiya Avropa Birliyi üçün heç bir təhlükə mənbəyi olmadığı halda, ABŞ dünya dövlətlərini bunun əksinə inandırmağa çalışır. Rusiya sülhə can atır, amma ABŞ buna baxmayaraq, NATO-nu genişləndirlməkdə davam edir”. Bu fikirlər Avstriyanın “Contra-Magazin” nəşrində yer alan məqalədə qeyd edilib.
Nəşr yazır ki, 70 ildən artıqdır ki, Avropa qitəsində hegemonluq edən ABŞ Rusiya və Avropa Birliyi arasındakı səmərəli əməkdaşlığın qurulmasına mane olmağa çalışır: “Rusiya Avropa Birliyi üçün heç bir təhlükə mənbəyi kimi çıxış etməsə də, ABŞ dünya ictimaiyyətinə əks-təbliğat aparmaqdadır. Rusiya bölgədə sülhə can atsa da, ABŞ NATO-nu genişləndirmək və Şərqi Avropada alyansa “məcburi üzvlüyə” şərait yaradan rəngli inqilablar törətməklə buna mane olur”. Nəşrin təbirincə, NATO artıq müdafiə ittifaq deyil, Amerikanın xarici siyasətinin hərbiləşmiş qanadı kimi çıxış etməkdədir: “NATO hansı ölkəyə öz müdafiəsini təqdim edirsə, orada adətən hər şey iğtişaşlar, inqilablar və ya müharibələrlə başa çatır. Məhz elə buna görə də, Avropa belə "müdafiə”nin ona lazım olub-olmaması ilə bağlı düşünməlidir. ABŞ həmişə regionda qeyri-stabilliyin olmasına çalışır. Güclü və iqtisadi cəhətdən möhkəm Avropa kimi rəqib həmişə ABŞ-ı qorxudur. Bir çox qeyri-rəsmi şəxslər hətta bildirirlər ki, Amerika Birləşmiş Ştatları Avropa Birliyinə ona görə pul ayırır ki, qurum onun istəyinə uyğun formalaşsın. Vahid Avropa valyutası da ABŞ banklarının tələbi ilə yaradılıb. Məsələ ondadır ki, Amerika bankları üçün Avropa ölkələrinin ayrı-ayrı valyutalarının kursu ilə iş aparmaqdansa elə bir valyuta ilə işləmək daha rahatdır”. Avstriya mediası belə bir qənaət təqdim edir ki, Avropa Birliyi ilə Rusiya arasındakı qarşılıqlı faydalı əməkdaşlıq dünyanın sülh şəraitində yaşamasının təminatıdır və Ukrayna böhranına qədər də bu aşkar görünürdü. Artıq Avropa başa düşməyə başlayır ki, həmrəylik heç də ABŞ-ın maliyyə gücü hesabına əldə edilmir: “Avropa Birliyinə nə müharibə, nə də Beynəlxalq Valyuta Fondu tərəfindən yardım edilməsi ilə bağlı bundan sonra həyata keçiriləcək siyasət lazım deyil. Avropa Birliyinin müstəqil inkişafı lazımdır və ABŞ-da bu istəyə “qulaq asmalıdır”.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Estoniya rəqəmsal olaraq ən yüksək inkişaf etmiş ölkə sayılır
23.05.2019
Terrorçular “Zara“nı bombaladı
23.05.2019
Britaniya XİN Tereza Meyin istefası barədə məlumatı təkzib edib
23.05.2019
Böyük Britaniya və Hollandiyada Avropa Parlamenti seçkiləri üçün səsvermə başladı
23.05.2019
28 May – Respublika Günü Nyu Yorkda təntənəli konsertlə qeyd ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info