ABŞ-İran danışıqlarında ikinci mərhələ
Tarix: 23.02.2015 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


Cenevrədə ABŞ dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında İranın nüvə proqramı üzrə danışıqların ikinci mərhələsi başlayıb. Danışıqlarda İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi və ABŞ energetika naziri Ernest Moniz də iştirak edir.
Görüşdən bir qədər öncə rəsmi Tehran danışıqları tərk etmə ehtimalının olduğunu bildirib. İran xarici işlər nazirinin müavini Abbas Araqçı bildirib ki, əgər digər tərəflər öz tələblərini İran İslam Respublikasına diktə etməyə çalışsalar, Tehran nüvə danışıqlarını tərk edəcək. Xatırladaq ki, Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Almaniya və Fransanın daxil olduğu “altılıq” ölkələri və İran nüvə proqramı üzrə razılığın əldə olunması üçün danışıqlar aparır. Tərəflər 2013-cü ildə Cenevrədə Tehranın nüvə proqramının dinc xarakterli olmasını təmin edən və İran üzərindən sanksiyaların götürülməsini nəzərdə tutan sazişin hazırlanması barədə razılığa gəlib. Bir ildən çox vaxt keçsə də, belə bir sənəd hələ hazırlanmayıb, yalnız ilkin fəaliyyət planı mövcuddur. Tərəflər danışıqları 2015-ci ilin iyun ayının sonuna kimi uzadıb.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Suriyalı qaçqın ABŞ-ın dövlət qulluqçularına pulsuz yemək paylayır
22.01.2019
Avropa ölkələri Gürcüstandakı vəziyyətdən narahatdır
22.01.2019
Axen sazişi: Almaniya və Fransa ABŞ-a qarşı yeni cəbhə yaratdı
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info