“Müxalifətin acınacaqlı duruma düşməsində Əli Kərimlinin rolu danılmazdır”
Tarix: 23.02.2015 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


“AXCP-də Əli Kərimli onu tərifləməyənlərə, ondan fərqli fikir səsləndirənlərə şantaj və təzyiq göstərir. Məndən əvvəlki AXCP funksionerləri də məhz bu cür şantaj və təzyiqlərə boyun əyməyərək, partiyadan istefa veriblər”. Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini, partiyadan istefa vermiş Razi Nurullayev deyib.
R. Nurullayev bildirib ki, hazırda partiya sədri Əli Kərimlinin iştirakı və göstərişi ilə tənqid etmək, söymək, ən ağır ifadələr işlətmək müxalifət olmağın meyarına çevrilib: “Bu isə müxalifəti irəli apara bilməyib, insanların həyatını məşəqqətə çevirib. Eyni zamanda aparılan bu siyasət də heç kimin yox, məhz Əli Kərimlinin maraqlarına xidmət edib. Digər tərəfdən, bu adamlarda belə bir düşüncə var ki, əgər Əli Kərimli kimə pasport verirsə, o müxalifət sayıla bilər, digərləri müxalifət ola bilməz. Bəs, Əli Kərimlinin Azərbaycan xalqına, Azərbaycan müxalifətinə xidməti nə olub? Bu gün müxalifətin acınacaqlı duruma düşməsində onun danılmaz rolu var. Ona görə də mənim mübarizədə üzərinə gedəcəyim şəxs məhz partiyanın sədridir”.
R. Nurullayevin sözlərinə görə, Ə. Kərimli hədəfi özündən yayındırmaq üçün partiyanın digər funksionerlərini ortaya atıb: “Digər şəxslərin nə dediyi məni maraqlandırmır, onlara cavab vermək fikrim yoxdur. Çünki Əli Kərimlinin məqsədi odur ki, diqqəti həmin insanlara yönəltsin, hədəfi özündən uzaqlaşdırsın. Amma mənim hədəfim partiyadan getməklə, bütün bu işlərin arxasında dayanan Əli Kərimlinin siyasətini ifşa etmək, onun üzərinə getmək olub ki, bu cür yanlış siyasətlə heç kimi məhvə aparmasın. Müxalifətdə yox, ölkədə birincilik uğrunda mübarizə aparmaq lazımdır”.




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
“Maksimum təzyiq siyasəti” uğursuz olunca “maksimum yalan siyasəti”nə keçirlər“
15.09.2019
Dövlət əxlaqı
15.09.2019
Bakının işğaldan azad edilməsi mühüm tarixi əhəmiyyətə malikdir
14.09.2019
Qeyri-leqal miqrasiya ABŞ-a ildə 300 milyard dollara başa gəlir
13.09.2019
Dağlıq Qarabağdakı qanunsuz “seçkilər“ xunta rejiminin düşdüyü çıxılmaz vəziyyətin göstəricisidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info