Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir
Tarix: 23.02.2015 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elektron akt zalında Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli çıxış edərək Xocalı soyqırımının təkcə Azərbaycan xalqına yox, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu bildirib.
İ.Həbibbəyli Prezidentin ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki xidmətlərini xüsusi qeyd edib. Akademik Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın yüzdən çox ölkəsində faciə ilə bağlı tədbirlərin keçirildiyini söyləyib. Akademik İsa Həbibbəyli bir çox dövlətlərdə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının keçirilməsini yüksək dəyərləndirərək bu kimi tədbirlərin Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində mühüm addımlardan olduğunu söyləyib.
AMEA-nın rəyasət heyətinin müvafiq qərarı ilə yaradılmış “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyasının fəaliyyətindən söz açan İsa Həbibbəyli soyqırımı tədqiqatları ilə bağlı görülən işlər barədə məlumat verib. Akademik göstərilən istiqamətlər üzrə kitab və xəritələrin nəşrini, tarixi mövzuda faktlarla zəngin elmi məqalələrin xarici dillərə çevrilərək təbliğ edilməsinin ermənilərin uydurma “faktlar”a uyğun yaydıqları informasiyalara tutarlı cavab olduğunu vurğulayıb. Filologiya üzrə elmlər doktoru Elçin Mehrəliyev “Xocalı soyqırımı və ədəbiyyat harayı” mövzusunda məruzəsində 23 il əvvəl baş vermiş və kifayət qədər ciddi faktların olduğu Xocalı soyqırımının tanıdılmasının hüquqi aspektlərindən danışıb. Sonda Xocalı soyqırımı haqqında sənədli film nümayiş etdirilib.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür
13.01.2019
Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info