Nyu Meksiko Ştatının Senatı: “Azərbaycan tolerantlığı bütün dünya üçün örnəkdir”
Tarix: 24.02.2015 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


ABŞ-ın Nyu Meksiko ştatının Senatında keçirilən plenar iclasda Azərbaycanda yaradılmış tolerantlıq mühitini təqdir edən geniş qətnamə qəbul edib.
Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan verilən xəbərə görə, qətnamə qəbul edildikdən sonra onun nüsxəsi plenar iclasda iştirak edən baş konsul Nəsimi Ağayevə təqdim olunub.
O, çıxışında Azərbaycan tolerantlıq modelinin bütün dünya üçün nümunəvi bir model olduğunu bildirib və Senatın üzvlərinə belə bir önəmli sənədin qəbuluna görə təşəkkürünü bildirib.
Ştat senatorları tərəfindən yekdilliklə qəbul edilən qətnamədə Azərbaycanın tarixi tolerantlıq ənənələrinə toxunularaq, burada qədim zamanlardan müxtəlif dini etiqadların, o cümlədən müsəlmanların, yəhudilərin və xristianların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı ifadə olunur. Həmçinin bildirilir ki, hazırda dünyanın müxtəlif bölgələrində dini radikalizm, terrorizm, dözümsüzlük və ksenofobiya kimi halların artdığı bir dövrdə, Azərbaycan özünəxas tolerantlıq təcrübəsi ilə beynəlxalq ictimaiyyət üçün uğurlu bir tolerantlıq modeli təşkil edir. Qətnamədə o da vurğulanır ki, Azərbaycan rəhbərliyi belə mütərəqqi mühitin inkişaf etdirilməsində böyük rol oynamaqda və bu prosesləri müxtəlif vasitələrlə dəstəkləməkdədir.
Eyni zamanda 2015-ci il may ayında Azərbaycanda keçirilməsi nəzərdə tutulan Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəminə yer verilərək bildirilir ki, ABŞ tolerant və dünyəvi dostlarını dəstəkləməli və Azərbaycanın tolerantlıq modelinin bütün dünyada tətbiqinə çalışmalıdır.
Qətnamədə bu sənədin surətlərinin ABŞ prezidentinə, Dövlət Katibinə, Konqresinə, Nyu Meksikonu Konqresdə təmsil edən Senator və Konqresmenlərə göndəriləcəyi bildirilir. Bu, ABŞ-da ştatlar səviyyəsində Azərbaycanın tolerantlıq ənənələrinə dair qəbul olunan ilk qətnamədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info