Tanınmış şirkətlərdən açıqlama: “Heç bir qiymət artımı olmayıb”
Tarix: 24.02.2015 | Saat: 15:19:00 | E-mail | Çapa göndər


Əhali son vaxtlar ərzaq məhsullarının bahalaşacağından narahat olmağa başlayıb.
“APA-Economics” ölkədə bahalaşma dalğasının olub-olmayacağını müəyyənləşdirmək üçün ölkənin əhali tərəfindən ən çox istifadə olunan məhsulların istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri arasında sorğu keçirib. Sorğu nəticəsində məlum olub ki, manatın ucuzlaşmasından əsasən işbazlar faydalanmaq niyyətindədir.
İşbazlardan fərqli olaraq, iş adamları vəziyyətdən sui-istifadə hallarının doğru olmadığını düşünür.
Azərbaycanın iqtisadiyyatının əksər sektorlarında təmsil olunan "Azersun Holdinq"dən bildirilib ki, şirkətlər qrupu tərəfindən qiymət artımı ilə bağlı heç bir qərar qəbul etməyib. “Hazırda spekulyativ vəziyyətdən istifadə etmək istəyən işbazlar var ki, vəziyyətdən faydalanmağa çalışırlar. “Azərsun” olaraq bildiririk ki, bu istiqamətdə o işbazlara heç bir şərait yaratmayacağıq. Ümumilikdə hal-hazırda ərzaq məhsullarının qiymətlərində dəyişikliklə bağlı qərarımız yoxdur”, - deyə holdinqin ictimaiyyətlə əlaqələr və sosial layihələr şöbəsinin müdiri Afiq Səfərov bildirib.
A. Səfərov əlavə edib ki, hal-hazırda holdinq tərəfindən bu məsələ ilə bağlı xüsusi komissiya yaradılıb: “Müvafiq dövlət qurumları ilə sıx şəkildə işləyirik, müzakirələr aparırıq. Hal-hazırda qiymət artımı ilə bağlı qərarımız olmayıb. Bu istiqamətdə müzakirələr tamamlandıqdan sonra qərar veriləcək”.
Ölkənin ən iri un istehsalçılarından olan “Karat Holdinq” MMC-də də qiymət artımı ehtimalı ilə bağlı əhalinin narahatçılığına heç bir əsas görmürlər. “Karat Holdinq”in baş direktoru Saleh Qasımov bildirib ki, indi və yaxın gələcəkdə unun bahalaşmasından söhbət gedə bilməz: “Bilirsiniz ki, biz un istehsalı ilə məşğuluq. Bizim tərəfimizdən də unun satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb. Nə qədər alıcı varsa, o qədər də satış edə bilirik. Yəni, heç bir məhdudlaşma yoxdur, istənilən şəxs, istənilən həcmdə un ala bilər. Burda heç bir problem yoxdur. Başqa sözlə, burda hər hansı bir spekulyasiya, qiymət oynatmaqdan söhbət gedə bilməz. Bizim fikrimizcə, unun qiyməti sabit olacaq. Üstəlik, unun satışında da heç bir məhdudiyyət olmayacaq”.
Ölkənin ən iri ərzaq məhsullarının satışı üzrə əsas marketlər şəbəkələrindən biri “Rahat Market” vəziyyətdən istifadə etməyən şəbəkələrdəndir. Adıçəkilən şəbəkənin marketinq departamentinin müdiri Kənan Şirinov deyib ki, son dövrlərdə qiymət siyasətində dəyişiklik olmayıb. “Rahat Market” şəbəkələrində heç bir qiymət artımı yoxdur. Hazırda satışlarımız əvvəlki qiymətlərlə baş tutur. Bəzi marketlərimiz günlük standart iş rejimində işləyir. Bəzi marketlərimiz isə 24 saatlıq iş rejimində çalışır. Məhsul çeşidi ilə bağlı heç bir problemimiz yoxdur. Qəti fikrimiz qiymət artımına getməməkdir. Çalışacağıq ki, köhnə qiymətlərlə satışı davam edək”, - deyə K. Şirinov vurğulayıb.
Qiyməti artırmayanlar arasında ölkənin iri sement istehsalçıları da var. Belə ki, sement zavodlarının istehsal etdiyi məhsullar da bahalaşma müşahidə edilmir.
Elektronika və məişət cihazlarının satışı ilə məşğul olan bəzi obyektlərdə qiymət artımına rast gəlinsə də, bu sahədə fəaliyyət göstərən əksər sahibkarlıq subyektlərində qiymətlər stabil qalıb.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti hazırda istehlak bazarında intensiv nəzarət tədbirlərini davam etdirilir.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, burada məqsəd manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq istehlak bazarında baş verə biləcək sui-istifadə hallarına və süni qiymət artımına yol verilməməsidir. Sui-istifadə hallarına yol verənlər isə, cəzalandırılacaq.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
25.09.2018
Yaxın gələcəkdə Ticarətin Asanlaşdırılması Mərkəzi istifadəyə veriləcək
25.09.2018
Birinci vitse-prezident Mehriban Əliyeva İtaliyaya rəsmi səfərə gedib
25.09.2018
Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub
25.09.2018
Prezident Bolqarıstan nümayəndə heyətini qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info