“Naxçıvan” Universitetində “Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib
Tarix: 24.02.2015 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


“Naxçıvan” Universitetində “Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib.
Əvvəlcə Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransı universitetin rektoru, professor İsmayıl Əliyev açaraq, Xocalı soyqırımının tarixin ən dəhşətli faciəsi olduğunu qeyd edib. Bildirilib ki, soyqırımı nəticəsində Xocalının dinc sakinləri misli görünməmiş qəddarlıqla qətlə yetirilib, əsirlərə amansız işgəncələr verilib.
Universitetin idarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev bildirib ki, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları XX əsrin əvvəllərindən başlayıb və bu iddialar soyqırımlarla müşayiət olunub. İstər 1905-1907-ci illərdə, istərsə də 1918-1920–ci illərdə Azərbaycanın əksər bölgələrində - Bakı, Quba, Şamaxı, Lənkəran, İrəvan, Naxçıvan və digər yerlərdə törədilən soyqırımı aktları buna sübutdur.
Vurğulanıb ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birlikdə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı törədiblər.
Universitetin müəllimi Nurlana Əliyeva “Xocalı faciəsi bədii ədəbiyyatda” mövzusunda çıxış edib. Qeyd olunub ki, Xocalı faciəsi bir çox Azərbaycan şairlərinin və yazıçılarının əsərlərində böyük ürək yanğısı ilə xatırlanır.
“Xocalı faciəsi dünya mətbuatında” mövzusunda çıxış edən universitetin əməkdaşı Nuray Əsgərova 23 il əvvəl baş vermiş Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasının əhəmiyyətindən danışıb.
Sonra universitetin tələbələri Xocalı soyqırımı barədə şeirlər səsləndiriblər.
Sonda Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş etdirilib.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Ətraf mühitin problemləri və onların həlli yolları müzakirə edilib
20.02.2019
Qaraciyəri bərpa etməyin sadə və ucuz üsulu
20.02.2019
İslamda millət və din anlayışı
20.02.2019
Narkotik vasitələrin sərhəddən qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınıb
20.02.2019
Prezident Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında iştirak edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info