BDU-nun 3 minədək əməkdaşının maaşı artırılıb
Tarix: 24.02.2015 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


Bakı Dövlət Universiteti (BDU) əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir addım atılıb.
BDU-nun Mətbuat və informasiya şöbəsindən verilən xəbərə görə, Prezidentin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” fərmanının və Nazirlər Kabinetinin qərarının icrasını təmin etmək, BDU-da çalışan əməkdaşların rifah halının yaxşılaşdırılması, sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə mütəmadi olaraq ayrı-ayrı sahələrdə çalışan işçilərin əmək haqları artırılır. 1 fevral 2014-cü ildən etibarən differensasiya əsasında xüsusi fərqlənən 200-dən çox professor-müəllim heyətinin əmək haqqı artırılıb.
BDU Elmi Şurası bu ildən professor-müəllim heyəti və əməkdaşların əmək haqlarının artırılması ilə bağlı qərar qəbul edib. Qərara əsasən, BDU-da inzibati idarəetmədə çalışan rəhbər heyətin, dekan, dekan müavinləri, kafedra müdirləri, professor və dosentlər, baş müəllim və müəllimlər, o cümlədən digər əməkdaşların əmək haqqı artırılıb. Hazırda dekanların əmək haqqı 1400, kafedra müdirlərinin əmək haqqı 1200, professorların əmək haqqı 1000, dosentlərin əmək haqqı isə 830 manat civarında müəyyənləşib. Artım ümumilikdə universitetin 3 minədək əməkdaşına şamil edilib.
Bundan əlavə, BDU-da fəaliyyətlərinə, peşəkarlıqlarına, əldə etdikləri nailiyyətlərə görə fərqlənmiş bir qrup əməkdaşın da əmək haqqı differensasiya yolu ilə müəyyən qədər artırılıb. Həmçinin universitetin hər bir kafedrasında fakültə dekanı, tədris-metodiki şurası və fakültə Həmkarlar Təşkilatı sədrlərinin iştirakı ilə iclaslar keçirilib, hər bir müəllimin son 3 il ərzində elmi, tədris və ictimai fəaliyyəti ətraflı təhlil edilərək və tələbələrin anket sorğusunun nəticələri nəzərə alınaraq müvafiq namizədlər irəli sürülüb, həmin əməkdaşların maaşı 1 fevral 2015-ci il tarixindən etibarən cari ilin sonunadək əlavə 100 manat artırılıb ki, bu da 300 nəfərə şamil olunub.
Son illər əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində bu gün BDU-da professor-müəllim heyətinin əməkhaqqı minimum 600, maksimum 1400 manat təşkil edir və orta aylıq əmək haqqı 1000 manatdır. Bundan əlavə, 90-dan artıq beynəlxalq və yerli, o cümlədən universitet daxili 50+50 və fərdi qrant layihəsi ilə işləyən çoxsaylı professor-müəllim heyətinin universitet maaşı ilə birgə aldığı əməkhaqqı 3000 manatdan çoxdur.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info