Litva Seymi: “Xocalı faciəsi bəşəriyyət əleyhinə ən dəhşətli cinayətlərdən biridir”
Tarix: 24.02.2015 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


Litva Seyminin 51 üzvü Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar müraciət qəbul edib.
Azərbaycanın Litvadakı səfirliyindən verilən məlumata görə, müraciətin əvvəlində Dağlıq Qarabağ münaqişəsi XX əsrin milyonlarla azərbaycanlının taleyini alt-üst etmiş ən faciəli konfliktlərindən biri adlandırılır, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu xatırladılır.
Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini də yada salan Litva Seyminin üzvləri bu sənədlərdəki tələblərin yerinə yetirilmədiyini təəssüflə vurğulayıblar.
Onlar rus-erməni hərbi qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinin işğalını və nəticədə 613 dinc sakinin vəhşicəsinə qətlə yetirilməsini bəşəriyyət əleyhinə ən dəhşətli cinayətlərdən biri kimi səciyyələndiriblər: “Litva Seyminin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupu adından Azərbaycan dövlətinə və xalqına bu faciəli hadisələrin ildönümü münasibətilə dərin hüznlə başsağlığı verir, bəşəriyyətə qarşı yönəlmiş hər bir cinayəti qınayırıq. Litva Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və beynəlxalq təşkilatların qətnamələrinə riayət edərək işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarılmasına çağırıb”.
Qeyd edək ki, müraciətə imza atmış deputatlardan 26-sı Seymdə hakim koalisiyada çoxluq təşkil edən Sosial Demokratlar Partiyasının, qalan üzvlərdən əksəriyyəti müxalifətdə olan Vətən-Xristian Demokratları Partiyasının və hakim koalisiyada olan digər partiyaların üzvləridir.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Azərbaycan üçün ən önəmlisi maraqlarımızın tam şəkildə əks olunduğu sazişin əldə olunmasıdır
15.07.2019
Mühacirlərlə ənənəvi müxalifətin mövqe savaşı davam edir
15.07.2019
Gürcüstan səfiri XİN-ə çağırılıb, ondan sərhəddəki insidentlə bağlı izahat istənilib
15.07.2019
Səfir: Azərbaycan xalqı, hökuməti 15 iyul hadisələrində Türkiyəyə dəstək verdi
15.07.2019
Bəhruz Həsənov: FETÖ terror təşkilatının Azərbaycandakı bütün dayaqları sarsıdılıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
4 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info