Ukrayna universitetlərində Xocalı tədbirləri davam edir
Tarix: 24.02.2015 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatı və ASGA Ukrayna Nümayəndəliyinin tərfdaşlığı ilə “Xocalıya ədalət” Kampaniyası çərçivəsində növbəti anım tədbiri Ukraynanın ən qabaqcıl təhsil mərkəzlərindən sayılan Avropa Universitetində keçirilib. Anım tədbiri ÜAGT –ın aktiv üzvüləri Turxan Namazov, Təranə Şahbazova və Yunis Kərimli tərəfindən təşkil edilib. Avropa Universitetinin əsas konfrans zalında təşkil edilən tədbirə universitetin müəllim və tələbələri dəvət edilib. Avropa Universitetin rektoru İvan Timoşenko çıxışında Qarabağ və Kırım, Donetsk problemləri arasında çox böyük oxşarlıq olduğunu qeyd edib. O, Xocalı soyqırımının tanınması və bu soyqırımı törədənlərin də hüquq qarşısında mütləq cavab verməsinin gərəkdiyini vurğulayıb. İ.Timoşenko sonda hər zaman Azərbaycan və Ukrayna dövlətlərinin bir yerdə olacağına inandığını bildirib. “Xocalıya ədalət” kampaniyasının Ukrayna üzrə kordinatoru, ÜAGT –ın sədr müavini və Azərbaycanın Ukraynadakı səfirliyinin işcisi İsgəndər Zamanov da Ukraya və Azərbaycanın bir-birinə dəstək verməsinin lazım olduğunu və soyqırımları edənlərin cəzasız qalmayacağını qeyd edib. O, Ukraynada yaşadıqları üçün hər bir azərbaycanlını Ukrayna xalqının bir parçası saydığını, Donetsk və Luqanskda olanlara onların da dərindən üzüldüklərini bildirib. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporasının üzvü Fail Abilov da, Xocalı soyqırımının 23 –cü il dönümünün Ukraynanın hər tərəfində UABD və ÜAGT tərəfindən yüksək səviyyədə qeyd edildiyini vurğulayıb və soyqırımı qurbanlarına Allahdan rəhmət diləyib. Tədbirdə çıxış edən ÜAGT – ın icraçı drektoru Elməddin Zərbəlizadə, ASGA –nın Ukrayna Nümayəndəsi Xəzri Elxanoğlu və digərləri Xocalıda vəhşicəsinə qətlə yetirilən soyqırımı qurbanlarının qanlarının yerdə qalmayacağını və Xocalı soyqırımının tanınması istiqamətində sonadək mücadilə edəcəklərini bildiriblər. Çıxışlardan sonra tədbir iştirakçıları Heydər Əliyev Fondu tərəfindən çəkilmiş “Xocalı şəhərinin tarixi” adlı videoçarxa baxıblar. Sonda tədbir iştirakçıları Avropa Universitetində UABD və ÜAGT – nın təşkilatçılığı ilə açılmış Azərbaycan mədəniyyət mərkəzində soyqırmı qurbanlarının xatirəsinə düzəldilmiş stendin önünə güllər qoyublar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info