Binəqədidə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib
Tarix: 24.02.2015 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Binəqədi Rayon İcra Hakimiyyəti və Rayon Ziyalılar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirildi. Ziyalıların, institutun professor-müəllim heyətinin, Binəqədi Rayon İcra Hakimiyyətinin, müdavim və tələbələrin, həmçinin KİV nüməyəndələrinin də iştirak etdiyi tədbirdə giriş sözü ilə çıxış edən Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov tarixə nəzər salaraq bildirdi ki, “Birləşmiş Millətlər Təşkilatının 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü əsasında belə bir qərar qəbul etməsi ötən əsrin ortalarında Pakistanda benqal dilinin sıxışdırılması zəminində baş verən hadisələrlə bağlı olmuşdur. Beləliklə, BMT-nin ali mədəniyyət qurumu olan UNESCO-nun 1999-cu ilin noyabrında keçirilmiş baş konfransında fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan olunmuşdur. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü doğma dilin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququnun olduğunu bir daha xatırladır. 2003-cü ilin yanvar ayının 2-də isə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmiş, qanunda dövlətin ana dilinə qayğısı sahəsindəki əsas vəzifələr dəqiq şəkildə göstərilmişdir. Prezident İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı əsasında hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır.
Daha sonra Rayon İcra Hakimiyyətinin məsul işçisi Elnur Məmmədov çıxış edərək “Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması, Ana dilimizin gözəl bilicisi, mahir natiq, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsi olduğunu qeyd etdi.
Tədbirdə İnstitutun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru Aydın Paşayev, Pedaqogika kafedrasının dosenti Allahverdi Eminov və başqaları çıxış edərək Azərbaycan dilində yaradılmış ədəbiyyat nümunələrindən, tarixi əsərlərdən, dilin müasir tədris vəziyyətindən söz açaraq, kütləvi informasiya vasitələrində, həmçinin ictimai həyatda dilimizin qorunmasının vacibliyini vurğuladılar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info