Koreya mətbuatında Xocalı soyqırımına dair məqalə
Tarix: 24.02.2015 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Koreya Respublikasında nəşr olunan “The Korea Times” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Rəmzi Teymurovun “Xocalı soyqırımı qurbanları yad edilir” adlı məqaləsi çap edilib.
Azərbaycanın Koreyadakı səfirliyindən verilən məlumata görə, məqalədə “Xocalı” sözünün Koreya ictimaiyyəti üçün naməlum olması bildirilərək, Xocalının 20 ildən artıqdır Ermənistanın işğalı altındakı Azərbaycana məxsus Dağlıq Qarabağ regionu ərazisində yerləşən qəsəbə olması və 20-ci əsrin ən dəhşətli qırğınlarından birinə şahidlik etməsi göstərilib.
Məqalədə, Xocalı soyqırımı barədə məlumat verilərək, 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalının yerli Azərbaycan əhalisinə qarşı etnik soyqırımı törədildiyi, 613 mülki şəxsin qətlə yetirildiyi, onlardan 106-nın qadın, 83-nün isə uşaq olduğu bildirilib, Xocalı soyqırımının Ermənistan-Azərbaycan münaqişəsi dövründə mülki şəxslərə qarşı törədilmiş ən qəddar cinayət olduğu göstərilib.
Səfir Ermənistanın hər nə qədər Xocalı soyqırımını onların törətməsini inkar etməsinə baxmayaraq, bu ölkənin hazırkı prezidenti S.Sarkisyanın jurnalist Tomas de Vala verdiyi müsahibəsində Xocalı qətliamının məhz Ermənistan tərəfindən törədilməsini etiraf etdiyini bildirib.
Məqalədə, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən dünya miqyasında “Xocalıya ədalət” kampaniyasının həyata keçirildiyi, Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi qiymət verilməsi istiqamətində qətiyyətli addımların atıldığı, Azərbaycanın bu istiqamətdəki çağırışlarının bir sıra xarici ölkələr tərəfindən müsbət cavablandırıldığı və hətta bu yaxınlarda İsrail Prezidenti Reuven Rivlinin BMT Baş Assambleyasında çıxışı zamanı Xocalı soyqırımına istinad etdiyi göstərilib.
Səfir sonda 26 fevral tarixində dünyada yaşayan bütün azərbaycanlıların Xocalısoyqırımını, bu dəhşətli faciənin qurbanlarını yad etdiklərini vurğulayaraq, beynəlxalq ictimaiyyətin azərbaycanlılara qarşı törədilmiş bu insanlıq cinayətinə səssiz qalmayacağına inamını ifadə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Ramil Usubov İranda səfərdədir
24.09.2018
Prokurorluğun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans
24.09.2018
Azərbaycanlı qızlar Süni İntellekt üzrə Təhsil Düşərgəsində iştirak ediblər
24.09.2018
Ehtiyat zabit hazırlığı kursu üçün qəbul elan edilib
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info