Tələbəmiz minlərlə indoneziyalını Xocalı faciəsi haqqında məlumatlandırdı
Tarix: 24.02.2015 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Xocalı soyqırımı İndoneziyanın və Cənub-Şərqi Asiyanın ən böyük məscidində minlərlə insan tərəfindən anılaraq, qurbanların ruhuna camaat namazı zamanı dualar oxunub.
Bundan əlavə İndoneziyada Xocalı soyqırımının tanıdılması istiqamətində silsilə tədbirlər də həyata keçirilib. İndoneziyanın paytaxtı Cakarta şəhərində yerləşən, ölkənin və Cənub-Şərqi Asiyanın ən böyük, dünyanın isə 3-cü ən böyük məscidi olan "İstiqlal" məscidində "Xocalıya ədalət" kampaniyası çərçivəsində Xocalı soyqırımının 23-cü il dönümünün anım mərasimi keçirilib.
"İstiqlal" məscidində camaat namazı zamanı minlərlə adam, o cümlədən nazirlik və digər dövlət qurumlarından olan yüksək vəzifəli şəxslər, ölkənin böyük din xadimləri iştirak ediblər.
Camaat namazı zamanı İndoneziyanın Təhsil Nazirliyinin azərbaycanlı dövlət təqaüdçüsü, İndoneziyada magistr təhsilini davam etdirən tələbəmiz Elmar İskəndərov və "Xocalıya ədalət" beynəlxalq informasiya kampaniyasının İndoneziya üzrə koordinatoru İmas Choirun Nisa Fujiati Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ və ətraf rayonların işğalı və Xocalı soyqırımı haqqında camaat namazına gəlmiş minlərlə adama geniş məlumat verib və onları Azərbaycanın haqq işinə dəstək olmalarına və Xocalı soyqırımının qurbanlarının şərəfinə namaz qılıb dua etmələrinə çağırıblar. Xocalı soyqırımı zamanı 613 nəfərin xüsusi amansızlıqla öldürüldüyü, 1000 nəfər dinc sakinin aldığı güllə yarasından əlil olduğu, 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qocanın öldürüldüyü, 8 ailənin isə tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 nəfərin valideynlərindən birini itirdiyi, faciə baş verən gecə 1275 nəfər dinc sakinin girov götürüldüyü, onların 150-sinin taleynin indi də məlum olmaması indoneziyalılara çatdırılıb. Bütün bunların erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirildiyi kimi faktların vurğulanması “İstiqlal” məscidinə gəlmiş insanları dəhşətə gətirib. E. İskəndərov həmçinin camaat namazına gələn insanları Xocalı üçün ədalət naminə, növbəti gün Cakartanın mərkəzində keçiriləcək “Böyük Yürüşdə” iştirak etməyə çağırıb.
Qeyd edək ki, camaat namazları zamanı "İstiqlal" məscidində minlərlə insan iştirak edir. Camaat namazından sonra ölkənin bir sıra din xadimləri və dövlət qurumlarını təmsil edən yüksək vəzifəli şəxslər təşkilatçılardan olan E.İskəndərova yaxınlaşaraq Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalını pisləyib və Xocalı soyqırımı məsələsində Azərbaycana tam dəstək olduqlarını bildiriblər.
Qeyd edək ki, "Xocalıya Ədalət" beynəlxalq informasiya kampaniyası 2008-ci il, 8 may tarixində, Şuşanın işğalı günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru, Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülüb. Hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 40-dan çox ölkəsində uğurla həyata keçirilir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info