“Excelsior Hotel & Spa Baku”da “Baku Fashion Nights 2015” moda günləri keçiriləcək
Tarix: 24.02.2015 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


13,14 və 15 Mart, 2015-ci il tarixlərində “Excelsior Hotel & SPA Baku”- da baş tutacaq “Baku Fashion Nights 2015” təntənəli moda günlərinə hazırlıq mərhələsi uğurla davam edir. “Baku Fashion Nights 2015” moda günləri, “FMS Models”,“ Excelsior Hotel & Spa Baku” Otelinin təşkilatı ilə keçiriləcək.
“Baku Fashion Nights 2015”, 13 Mart tarixində, tədbirin ilk günü əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın yeni kolleksiyası dəb azarkeşlərinin zövqünü oxşayacaq. Möhtəşəm dəfilənin ardından, podiumda yerli dizayner və modelyerlərin 2015 yaz-yay kolleksiyasından seçilmiş nümunələr nümayiş olunacaq. “Fashion Couture by Ulker Huseynova” Moda Evinin eleqant kolleksiyası, “Beauttech” salonlar şəbəkəsindən Elnarə Əhmədovanın təqdimatında 2015 dəb tendensiyasına uyğun saç düzümü şousu qonaqlara unudulmaz anlar yaşadacaq. Tədbirin irəliləyən saatlarında səhnə alacaq digər gənc və istedadlı modelyer Günay Mirzə, yaz-yay moda trendləri ilə qarşılayacaq. 14 Mart tarixində podiumda yer alacaq və ən yeni kolleksiyası ilə qonaqları salamlayacaq modelyer, sənətşunaslıq üzrə fəlsəfə doktoru, Gülnarə Xəlilovanın təqdimatındadır.Tədbirin davamında nümayişi maraqlı və rəngarəng kolleksiyaları ilə zənginləşdirən “La Couture Baku” Xavər Məmmədova, “Hokuma by Hokuma Hajıyeva” və “Magura by Gulshan Ibrahimova” Moda Eviləri olacaq.
Türk modasının canlı korifeylərindən, əfsanəvi modelyer Yıldırım Mayruk, layiqli köməkçi və davamçısı Barbaros Şansal “Baku Fashion Nights 2015”-in fəxri qonaqlarındandır. Yıldırım Mayruk məhz bu il 50 illik yubileyini “Excelsior Hotel & Spa Baku” Otelində və “Baku Fashion Nights 2015” moda günlərində özəl olaraq qeyd edəcək.
15 Martda vida dəfiləsini azərbaycanlı heyranlarına sərgiləyəcək Yıldırım Mayruk, “Pert-a-Porter ” konseptli kolleksiyası ilə qarşınızda olacaq. Kolleksiyanın ən görkəmli parçaları Türkiyədə yaşayan həmyerlimiz, model Günay Musayevaya həvalə olunub. Yıldırım Mayrukun sözlərinə görə, gecəyə təşrif buyuran qonaqları xoş sürpizlər gözləyir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
İş vaxtı ərzində işçi digər peşə üzrə əmək funksiyasını da icra edərsə, onun əmək haqqına əlavə ödənilməlidir
19.02.2019
Beyləqanın Əhmədli və Gödəklər kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib
19.02.2019
Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub
19.02.2019
Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş olub
18.02.2019
“Bizim həyət”: abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info