Pakistan mətbuatında “Xocalı soyqırımı - tarixin faciəvi səhifəsi“ adlı məqalə
Tarix: 24.02.2015 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Pakistanın nüfuzlu urdu dilli nəşrlərdən olan “Daily İnsaf” qəzetində jurnalist Raca Mahmud Battinin “Xocalı soyqırımı - tarixin faciəvi səhifəsi” adlı məqaləsi dərc edilib. Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, məqalədə XX-ci əsrdə ermənilərin azərbaycanlılara qarşı dəfələrlə soyqırımı etdikləri bildirilib. Vurğulanıb ki, ötən əsrin sonunda ermənilər yenidən Azərbaycana qarşı torpaq iddiaları irəli sürüb və Sovet İttifaqının süqutundan sonra Dağlıq Qarabağ və Azərbaycanın digər 7 rayonunu işğal ediblər. Xocalı hadisələrindən bəhs edən R.M. Batti bildirib ki, münaqişədən öncə bu şəhərin 7 min əhalisi olub, 1991-ci ildən başlayaraq erməni silahlı qüvvələri tərəfindən mühasirədə saxlanılıb. 26 fevral tarixində keçmiş Sovet ordusunun motoatıcı alayının köməyi ilə Xocalı hücuma məruz qalaraq tamamilə məhv edilib. Həmin dəhşətli gecə zamanı azyaşlı uşaqlar, ahıllar da daxil olmaqla yüzlərlə mülki insan xüsusi qəddarlıqla öldürülüb, minlərlə insan yaralanıb, əsir götürülüb və ya itkin düşüb.
Ermənilərin azərbaycanlılarla orta əsr barbarlığı ilə davrandığını bildirən jurnalist, bu hadisənin şahidləri olan Sürayə və Rəisə Aslanovanın tükürpədici xatirələrini qələmə alıb. Eyni zamanda yazar, həmin dövrdə Xocalı soyqırımının dünyanın aparıcı media mənsubları tərəfindən geniş işıqlandırıldığını qeyd edərək, “Times”, “Reuters” və “Le Monde”-nin yazdıqları məqalələr üstündə dayanıb. Yazıda, Xocalı soyqırımının iştirakçıları terrorist M.Melkonyan və Ermənistanın hazırkı prezidenti S. Sərkisyandan sitatlar gətirərək, bu kütləvi qırğının ermənilərin düşünülmüş və əvvəlcədən hazırlanmış bir aksiyası olduğu vurğulanıb.
Dərc olunmuş məqalədə, Xocalıda törədilmiş cinayətin Ermənistanın yürütdüyü sistematik və davamlı zorakılıqların tərkib hissəsi olduğu vurğulanıb. Ermənilərin irqi alilik, etnik fərqlilik və azərbaycanlılara qarşı nifaq ideyalarının Ermənistan siyasətinin əsasının təşkil etdiyi açıqlanıb. Daha sonra Raca Mahmud Batti Pakistan-Azərbaycan münasibətləri, ölkəsinin Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqeyi barəsində yazıb. Bildirib ki, Azərbaycanın torpaqlarını işğal etdiyinə görə Ermənistanı bir ölkə kimi tanımayan Pakistan, daim Azərbaycanın yanında olub. 2012-ci ildə Pakistan Senatı Xocalıda baş vermiş hadisələri rəsmi olaraq soyqırımı kimi tanıyıb, bu cinayəti törədənləri məsuliyyətə cəlb edilməsini tələb edib.
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür:
http://www.insaf.com.pk/paper/24-02-2015/popup.htm?p10/a004.gif
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info