“Manatın məzənnəsinin düşməsi “Veysəloğlu”nun məhsullarında süni qiymət artımına səbəb olmayacaq”
Tarix: 24.02.2015 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə manatın məzənnəsinin ABŞ dollarına nisbətən aşağı düşməsi “Veysəloğlu” Şirkətinin distribüterlik etdiyi məhsullarında süni qiymət artımına səbəb olmayacaq. Bu barədə şirkətdən bildirilib. Şirkətin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin artması şirkət üçün də təsirsiz ötməyəcək. Lakin, bu gün hər hansı bir süni qiymət artımından söhbət gedə bilməz.
Şirkət distribyuterlik etdiyi məhsulları bu gün də köhnə qiymətlərlə topdan və pərakəndə satış mərkəzlərinə təqdim etməkdədir.
Qiymətlərdə baş verə biləcək hər hansı dəyişikliklər şirkətin kommersiya fəaliyyəti ilə bağlı olan cari prosseslərdir. Hazırda isə heç bir qiymət artımı yoxdur və planlaşdırılmır.
Bu gün ictimaiyyətdə Veysəloğlu şirkəti tərəfindən topdan və pərakəndə satış mərkəzlərinə təqdim olunan məhsullarda qiymət atımının müşahidə edilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer almaqdadır.
Pərakəndə və topdan satış mərkəzləri o zaman qiymətləri artıra bilər ki, Veysəloğlu Şirkəti təqdim etdiyi məhsulların qiymətini artırsın. Bu istiqamətdə isə Şirkət rəhbərliyi tərəfindən heç bir qərar qəbul edilməyib.
Veysəloğlu Şirkəti olaraq topdansatış və pərakəndə satış mərkəzlərinin diqqətinə çatdırırıq ki, bu kimi hallar ilə rastlaşdıqda Şirkətdə yaradılmış qaynar xətt: 050 254 54 29 vasitəsilə əlaqə saxlayaraq məlumat versinlər.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info