Putindən qəti bəyanat: “Krımda yaşayan insanlar artıq öz seçimlərini ediblər”
Tarix: 24.02.2015 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


"Ümid edirəm ki, Rusiya ilə Ukrayna arasında heç vaxt hərbi münaqişə baş verməyəcək".
Bunu Ümumrusiya Dövlət Televiziya və Radio Şirkətinə (VQTRK) müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib.
"Fikrimcə, belə apokalipsis ssenari çətin ki, mümkün olsun", - deyə o vurğulayıb.
V. Putin Ukraynadakı vəziyyətin nizamlanması üçün təcili diplomatik tədbirlərin görülməsinə və ya "Minsk-3" danışıqlarının keçirilməsinə hələlik ehtiyac olmadığını söyləyib: "Əsas məsələ Minsk razılaşmalarının yerinə yetirilməsidir. Ukrayna, Rusiya, Fransa və Almaniya tərəfindən hazırlanan bu razılaşmalar təkcə sənəd üzərində deyil, faktiki olaraq bütün beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən beynəlxalq hüquq aktı kimi BMT Təhlükəsizlik Şurasının qətnamələrində də təsbit edilib".
Rusiya prezidentinin sözlərinə görə, Avropa ölkələri də Ukraynadakı vəziyyətin normallaşmasında maraqlıdır: "Minsk razılaşmalarının icra edilməsində Avropa ölkələri Rusiyadan az maraqlı deyil. Heç kimə Avropanın periferiyasında münaqişə lazım deyil. Avropalı tərəfdaşlarımızın arzusu nizamlanmanı sona çatdıran güzəştli həll variantının tapılmasıdır. Minsk razılaşmasında da Ukraynada hakimiyyətin desentralizasiyası bəndi var, bu bəndin izahı da verilib. Bu izahın müəllifləri alman və fransız tərəfdaşlarımızdır. Bu, onların güzəştin əldə edilməsi üçün arzularının səmimi olduğunu göstərir".
Putin Ukrayna prezidenti Pyotr Poroşenkonun Krımı Ukraynanın tərkibinə qaytaracağı ilə bağlı bəyanatına da münasibət bildirib. Onun sözlərinə görə, bu bəyanat revanşizmin təzahürüdür: "Məsələ hər hansı bir ərazinin geri qaytarılmasında deyil. Keçən ilin sonunda Federal Şuraya müraciətimdə dedim ki, Krım necə olub, elə də qalacaq, rusların, ukraynalıların, tatarların, yunanların və almanların, Krım bütün bu xalqların evi olacaq. O ki, qaldı Krımın hansı dövlətə məxsus olmasına, orada yaşayan insanlar artıq öz seçimlərini ediblər. Buna hörmətlə yanaşmaq lazımdır. Rusiya buna başqa cür yanaşa bilməz".
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info