İstanbulda Xocalı soyqırımı haqqında kitabın və filmin təqdimatı olub
Tarix: 24.02.2015 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində İstanbulda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar “Sonsuz dəhliz” sənədli filminin türk dilinə subtitr tərcümədə nümayişi və “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının türkcə hazırlanmış versiyasının təqdimat mərasimi keçirilib.
Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə “Zorlu” Mərkəzində təşkil olunan mərasimdə millət vəkilləri, elm və mədəniyyət xadimləri, İstanbulda təhsil alan tələbələr, ölkə ictimaiyyətinin bütün təbəqələrindən olan insanlar iştirak ediblər.
Mərasimin açılışında Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov Xocalı soyqırımının səbəb və nəticələrindən, “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının həmmüəllifi İan Peart qələmə aldıqları əsərin mahiyyətindən və onun başqa dillərə tərcümə olunmasının əhəmiyyətindən, erməni silahlıları tərəfindən Xocalıda əsir götürülmüş Valeh Hüseynov əsirlik həyatının məşəqqətlərindən danışıb.
Sonra “Zorlu” Mərkəzinin kinozalında filmin nümayişi keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kitaba yazdığı ön sözdə qeyd edir: “Mən hər dəfə ifadə etdiyim bir fikri inamla təkrar edirəm. Əminəm ki, qısa bir zamanda dünyanın əksər dövlətləri bu soyqırımını tanıyacaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ədalətli şəkildə həll olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, qaçqınlar öz ata-baba yurdlarına qayıdacaqlar”.
“Sonsuz dəhliz” sənədli filmi fevralın 24-də, 25-də və 26-da İstanbulun böyük mərkəzlərindəki kinozallarda hər gün üç seansda olmaqla pulsuz göstəriləcək.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Qırğızıstanda türk dövlətlərinin etnofestivalı keçirilib
20.04.2019
Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info