Artıq köhnə “cəbhəçi“lər Əli Kərimliyə tabe olmaq istəmirlər
Tarix: 24.02.2015 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Heç bir yerdə işləməyən Əli Kərimlinin oğlu Londonda necə oxuyub?

"Mən siyasətdən getmirəm və Azərbaycanda yeni siyasi yöntəmin yaradılmasına çalışacağam. Yeni siyasi təşkilat yaradacağam. Bunun hansı formada olmasını yaxın zamanlarda açıqlayacağam". Bunu bir müddət əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri müavini postundan, daha sonra isə partiya sıralarından istefa verən Razi Nurullayev bu gün keçirdiyi mətbuat konfransında bildirib. Sözlərinə "Axırıncı aşırım" filmindən Kərbəlayinin "mənə dəyən sənə dəysəydi, gündə 3 dəfə silah götürərdin" sitatı ilə başlayan R.Nurullayev deyib ki, onun üçün ömrümün müəyyən hissəsini sərf etdiyi partiya və onun sədri haqqında danışmaq çətindir: "Partiyanı yeniləmək lazımdır, amma bu, o deməkdir ki, yalnız sədr Əli Kərimliyə xidmət edən gəncləri irəli çəkək. Bu, partiyada hələ də qınaq və dartışma mövzusu olaraq qalır. Pariyada çox insan aşağılanıb". O, qeyd edib ki, partiyada bəzən 4-5 saat davam edən iclasın çox hissəsi “Facebook” səhifəsində sədrin statuslarının layklarının sayılmasına gedirdi: "Bu qədər xırdalıqlara getmək düzgün ola bilməz. Laykları saymaq düzgün siyasət ola bilməz. Mən bu xırdalıqların hər zaman əleyhinə olmuşam". R.Nurullayevin sözlərinə görə, “Facebook”da partiya üzvlərinə yüzlərlə saxta profil yaratmaq tapşırılıb: "Bəzilərinin 100-110 saxta profili var idi. “Facebook”da şərtlər sərtləşdirildikdən sonra onların yarısı bağlandı. Amma indi də partiyanın idarə heyətində təmsil olunan şəxslərin 30-40 saxta profili var".
AXCP sədrini keçmiş müavini bildirib ki, hər dəfə bütün cəbhəçilərdən "Azadlıq" qəzetinə abunə olmaları tələb edilib: "Bu günədək rayon şöbələrinin rəhbərlərinin heç biri "Azadlıq" qəzetində işıqlandırılmayıb. Qəzet bir nəfərin marağına xidmət edə bilməz. AXCP-nin 70-dən çox rayon şöbəsi var və sədri var. Görün bircə dəfə onlardan hansısa birinin fikri gedib?". O, həmçinin partiya sədri Əli Kərimlinin partiyanın digər üzvlərinə qarşı şantajdan istifadə etdiyini bəyan edib: "Partiya üzvlərinə qarşı şantaj yolunun seçilməsi doğru deyil. Əgər bir sədr ki, özü şantaja məruz qalıbsa və buna baxmayaraq, özü də digərlərinə qarşı şantajdan istifadə etməsi qətiyyən düzgün deyil". Onun sözlərinə görə, artıq köhnə "cəbhəçi"lər partiyada nə baş verdiyini anlamağa başlayıb və artıq onlar sədr Əli Kərimliyə tabe olmaq istəmirlər: "Əli Kərimli məni evinə dəvət etdi. Orada ağır söhbətimiz oldu. Mən aldığım məlumatlardan şok yaşadım. Mənə dedi ki, " ABŞ və Böyük Britaniya səfirliyi səninlə bağlı faktlar təqdim edib". Belə çıxır ki, ABŞ və Böyük Britaniya səfirliyi siyasətçiləri dinləmə aparatları quraşdırıb və onlar hər bir siyasətçini dinləyirlər, həmin səfirliklər siyasətçiləri dinləyib, Əli Kərimliyə məlumat verirlər. Mən buradan ABŞ və Böyük Britaniya səfirliyinə müraciət edirəm. Bununla bağlı həmin səfirliklərə məktub göndərəcəyəm. Necə ola bilər ki, həmin səfirliklər mənimlə bağlı Əli Kərimliyə məlumat ötürür? Mənim ABŞ və Böyük Britaniya səfirlikləri ilə gözəl münasibətlərim olub, indi də var. Onlarla əməkdaşlığımı bundan sonra da davam etdirəcəyəm, amma bu məsələyə aydınlıq gətirilməldiir".
R.Nurullayev AXCP sədri ilə danışıqlarını bildirdi: "Əli Kərimli mənə bildirdi ki, sən gedən yolu mən artıq qayıtmışam. Mənim heç bir getdiyim yol yoxdur. Ümumiyyətlə, satqınlıq məfhumunu qəbul etmirəm. Mənə dedi ki, səninlə bağlı məlumatlar alırdım. Əli Kərimli partiya sədri ola bilməz. Amma AXCP-də lider olmağa layiq insanlar var. O, sədrlikdən getməlidir. Siyasətdən getməsin, amma partiya sədrliyindən çıxsın. Nə qədər sədr olmaq olar? Hesab edirəm ki, o da bunu başa düşüb və yaxın zamanlarda bunun şahidi olacaqsınız".
O, Əli Kərimli və AXCP ilə bağlı maliyyə məsələlərinə də toxunub: "Pul məsələlərini özündən və yaxın olduğu 2-3 nəfərdən başqa heç kim bilmirdi. Mən heç zaman AXCP-dən maaş almamışam. Digərlərinə gəlincə, onların maaş alıb-almadığını bilmirəm. Əli Kərimlinin özünə gəlincə, bilirsiniz ki, o işləmir. Onun ən kiçik oğlu Londonda doğulub. Oğlu orada ən bahalı universitetdə necə oxudu? Bu haradan ödənilirdi? Oğlu və qızı Bakıda ən bahalı özəl məktəbdə oxuyub. Onun pulu haradan gəlirdi?"

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
İyunda neçə gün evdəyik?
22.05.2019
İrandan Bakıya “Fokker 100“ təyyarələrinin uçuşu gözlənilir
22.05.2019
Bələdiyyə idarəçiliyində qadınların rolu artacaq
22.05.2019
Gömrük Akademiyasının tələbələri məhkəmə baxışının simulyasiyasını keçiriblər
22.05.2019
Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info