Unun qiymət artımının qarşısı alınıb
Tarix: 24.02.2015 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, zəruri iqtisadi səbəblərdən manatın məzənnəsi dollara nisbətən aşağı düşüb. Bunun Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artıracağı, milli istehsalı gücləndirəcəyi, yerli istehsala investisiyaları artıracağı, həmçinin, manatla kredit götürən və kredit götürənlərin əksəriyyətini təşkil edən vətəndaşlarımızın işini asanlaşdıracağı və sair müsbət təsirləri barədə ötən sayımızda yazmışdıq. Qeyd edək ki, manatın məzənnəsinin aşağı düşməsndən sui-istifadə etməyə çalışan bəzi işbazlar da yox deyil. Hər yerdə olduğu kimi, onlar bizdə də süni qiymət artımına çalışırlar. Ona görə də bu cür süni qiymət artımına qarşı dövlət tədbirləri olduqca sərtləşdirilib.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süni qiymət artımı ilə bağlı yoxlama tədbirlərini daha da gücləndirib. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, Xidmət tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilib və yoxlamalar davam etdirilir. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yoxlamanın nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görəcək. İqtisadiyyat və Sənaye Nazirliyi bildirir ki, istehlak bazarında süni qiymət artımının və sui-istifadə hallarının qarşısının alınması məqsədilə intensiv nəzarət tədbirləri davam etdirilir. Aidiyyəti dövlət qurumları tərəfindən görülmüş tədbirlər və Dövlət Taxıl Fondunda yaradılmış ehtiyatlar hesabına unun qiymətindəki artımın qarşısı alınıb. Bu isə, çörək və çörək məhsullarının satış qiymətinin əvvəlki səviyyədə saxlanılmasını təmin edir.
Eləcə də “APA-Economics”ə görə, Azərbaycanın iqtisadiyyatının əksər sektorlarında təmsil olunan "Azersun Holdinq" şirkətlər qrupu tərəfindən qiymət artımı ilə bağlı heç bir qərar qəbul etməyib. Qurumdan bildirilib: “Hazırda spekulyativ vəziyyətdən istifadə etmək istəyən işbazlar var ki, vəziyyətdən faydalanmağa çalışırlar. “Azərsun” olaraq bildiririk ki, bu istiqamətdə o işbazlara heç bir şərait yaratmayacağıq. Ümumilikdə hal-hazırda ərzaq məhsullarının qiymətlərində dəyişikliklə bağlı qərarımız yoxdur. Hal-hazırda holdinq tərəfindən bu məsələ ilə bağlı xüsusi komissiya yaradılıb. Müvafiq dövlət qurumları ilə sıx şəkildə işləyirik, müzakirələr aparırıq. Hal-hazırda qiymət artımı ilə bağlı qərarımız olmayıb. Bu istiqamətdə müzakirələr tamamlandıqdan sonra qərar veriləcək”.
Ölkənin ən iri un istehsalçılarından olan “Karat Holdinq” MMC-də də qiymət artımı ehtimalı ilə bağlı əhalinin narahatçılığına heç bir əsas görmürlər. “Karat Holdinq”in baş direktoru Saleh Qasımov bildirib ki, indi və yaxın gələcəkdə unun bahalaşmasından söhbət gedə bilməz: “Bilirsiniz ki, biz un istehsalı ilə məşğuluq. Bizim tərəfimizdən də unun satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb. Nə qədər alıcı varsa, o qədər də satış edə bilirik. Yəni, heç bir məhdudlaşma yoxdur, istənilən şəxs, istənilən həcmdə un ala bilər. Burda heç bir problem yoxdur. Başqa sözlə, burda hər hansı bir spekulyasiya, qiymət oynatmaqdan söhbət gedə bilməz. Bizim fikrimizcə, unun qiyməti sabit olacaq. Üstəlik, unun satışında da heç bir məhdudiyyət olmayacaq”.
Ölkənin ən iri ərzaq məhsullarının satışı üzrə əsas marketlər şəbəkələrindən biri “Rahat Market” vəziyyətdən istifadə etməyən şəbəkələrdəndir. Adıçəkilən şəbəkənin marketinq departamentinin müdiri Kənan Şirinov deyib ki, son dövrlərdə qiymət siyasətində dəyişiklik olmayıb: “Rahat Market” şəbəkələrində heç bir qiymət artımı yoxdur. Hazırda satışlarımız əvvəlki qiymətlərlə baş tutur. Bəzi marketlərimiz günlük standart iş rejimində işləyir. Bəzi marketlərimiz isə 24 saatlıq iş rejimində çalışır. Məhsul çeşidi ilə bağlı heç bir problemimiz yoxdur. Qəti fikrimiz qiymət artımına getməməkdir. Çalışacağıq ki, köhnə qiymətlərlə satışı davam edək”.
Qiyməti artırmayanlar arasında ölkənin iri sement istehsalçıları da var. Belə ki, sement zavodlarının istehsal etdiyi məhsullarda bahalaşma müşahidə edilmir.
Elektronika və məişət cihazlarının satışı ilə məşğul olan bəzi obyektlərdə qiymət artımına rast gəlinsə də, bu sahədə fəaliyyət göstərən əksər sahibkarlıq subyektlərində qiymətlər stabil qalıb.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti hazırda istehlak bazarında intensiv nəzarət tədbirlərini davam etdirilir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, burada məqsəd manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq istehlak bazarında baş verə biləcək sui-istifadə hallarına və süni qiymət artımına yol verilməməsidir. Sui-istifadə hallarına yol verənlər isə, cəzalandırılacaq.
Süni qiymət artımına yol verməyən əsas istehsalçı şirkətlərdən biri də “Veysəloğlu” şirkətidir. Şirkətdən “Palitra”ya bildiriblər ki, “Veysəloğlu”nun distribüterlik etdiyi məhsullarda süni qiymət artımına səbəb olmayacaq: “Şirkətin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin artması şirkət üçün də təsirsiz ötməyəcək. Lakin, bu gün hər hansı bir süni qiymət artımından söhbət gedə bilməz.
Şirkət distribyuterlik etdiyi məhsulları bu gün də köhnə qiymətlərlə topdan və pərakəndə satış mərkəzlərinə təqdim etməkdədir.
Qiymətlərdə baş verə biləcək hər hansı dəyişikliklər şirkətin kommersiya fəaliyyəti ilə bağlı olan cari prosseslərdir. Hazırda isə heç bir qiymət artımı yoxdur və planlaşdırılmır. Bu gün ictimaiyyətdə Veysəloğlu şirkəti tərəfindən topdan və pərakəndə satış mərkəzlərinə təqdim olunan məhsullarda qiymət atımının müşahidə edilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer almaqdadır. Pərakəndə və topdan satış mərkəzləri o zaman qiymətləri artıra bilər ki, “Veysəloğlu” şirkəti təqdim etdiyi məhsulların qiymətini artırsın. Bu istiqamətdə isə şirkət rəhbərliyi tərəfindən heç bir qərar qəbul edilməyib.
“Veysəloğlu” şirkəti olaraq topdansatış və pərakəndə satış mərkəzlərinin diqqətinə çatdırırıq ki, bu kimi hallar ilə rastlaşdıqda şirkətdə yaradılmış qaynar xətt: 050 254 54 29 vasitəsilə əlaqə saxlayaraq məlumat versinlər.
Onu da qeyd edək ki, müşahidə apardığımız “İstanbul market”də də süni qiymət artımı baş verməyib.

İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info